Paytaxtda “I Turan Kitab Festivalı” keçirilir

20:21 11-01-2023 | icon 517 | Cəmiyyət
Paytaxtda “I Turan Kitab Festivalı” keçirilir

“Passaj-1901” sərgi salonunda “Çapar” yayınlarının, Elm və Təhsil NazirliyininDOST AgentliyininYunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilatçlığı, facemark.az saytının media dəstəyi ilə “I Turan Kitab Festivalı” başlayıb.

 

Versus.Az-ın məlumatına görə, Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıçın bildirib ki, festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edir.

 

“Xarici qonaqlarla eksklüziv görüşlər, alimlərlə diskussiyaların olduğu festival tədbirə qatılanların asudə vaxtının səmərəli keçirməsinə kömək edəcək”.

 

Yanvarın 15-ə kimi davam edəcək “I Turan Kitab Festivalı”nda kitab təqdimatları, imza və qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.

 

Son zamanlar azərbaycanlı gənclər arasında Türkiyə tarixinə olan marağı nəzərə alan Bakı Yunus Əmrə İnstitutu türkiyəli yazıçı və tarixçi İlyas Topsakalı oxucularla görüşdürəcək. Festival çərçivəsində həyata keçirilən bu görüş yanvarın 13-də, saat 14:00-da olacaq.

 

“Türkiyənin tanınmış tarixçilərindən olan İlyas Topsakal universitet tələbələri ilə görüşərək gələcəyin tarixçilərinə tarixi araşdırmaların aparılması istiqamətləri, onları maraqlandıran suallarla bağlı məlumatlar verəcək” – deyə Səlçuk Karakılıç əlavə edib.

 

Bundan başqa İlyas Topsakalın imzalı kitabları da Yunus Əmrə İnstitutu tərəfindən oxuculara hədiyyə ediləcək.

 

Qeyd edək ki, “Passaj-1901” sərgi salonunda keçirilən festivala giriş sərbəstdir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI