"Qayıdışda mina təhlükəsi hələ də qalır”

12:19 16-02-2023 | icon 131 | Qarabağ
"Qayıdışda mina təhlükəsi hələ də qalır”

Emin Hüseynov: “Azad edilmiş ərazilərdəki şəhərlərdə yeni küçələr və küçə adları olacaq”

 

“Düşmən tərəfindən səkkiz şəhərimiz yerlə bir edilib. Şəhərlərin Baş planları üzrə yeni infrastruktur qurulur”.

 
Bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
 

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə yenidən bərpa olunacaq şəhərlərdə əvvəlki küçələr daha olmayacaq:

 

“Yeni küçələr və küçə adları olacaq. Ağdamda bu məsələ ilə bağlı layihə dövlət başçısına təqdim olunub. Torpaq islahatı ilə bağlı işlər davam etməkdədir. İnsanlar köçdükcə vacib məsələ torpaq məsələsidir ki, bu yanaşmalarda beynəlxalq təcrübələr öyrənilir. Bu ayın sonunda İsrail və Türkiyəyə səfərlər olacaq. Məqsəd oradakı islahat təcrübəsinin öyrənilməsidir. Ailələrin məşğulluq məsələləri xüsusi olaraq nəzərə alınmalıdır. Digər məsələ də özəl investisiyaların cəlb olunmasına diqqət yetirilməsidir. Bu sahədə müəyyən suallar var. Sənədlərlə, xüsusən də çıxarışların verilməsi, icarə müqaviləsinin verilməsi, torpaq haqda sənədlərin verilməsi üzərində işləyirik. Əhalinin qayıdışında mina təhlükəsi hələ də qalmaqdadır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN