“Sabahın alimləri”

15:32 17-02-2023 | icon 182 | Təhsil
“Sabahın alimləri”

20 paytaxt məktəblisi qalib olub

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələrinin 20 şagirdi “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibi olub.

 

Elm və Təhsil Nazirliyindən Versus.az-a verilən məlumata görə, 17 nömrəli tam orta məktəbin şagirdi Nurlana Əlili I yeri tutaraq qızıl medala layiq görülüb. Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdləri Sevil Mirzəli və Camaləddin Kərimov, 100 nömrəli tam orta məktəbin şagirdi Əli Məmmədov, 193 nömrəli tam orta məktəbin şagirdi Əli Abdullayev, 247 nömrəli tam orta məktəbin şagirdi Həvva Qəmbərova  II yeri tutaraq gümüş, 299 nömrəli məktəb-liseyin şagirdləri Çingiz Abdullazadə və Ağasəlim Mustafazadə, 283 nömrəli tam orta məktəbin şagirdləri Ayla Qasımova və Duyğu Xudadatova, 13 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Bayramlı, 55 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Babayeva, 60 nömrəli tam orta məktəbin şagirdləri Nərgiz Məmmədova, Fatimə Rəsulova, Ayla Qibləliyeva və Sara Məlik-Aslanova, 36 nömrəli tam orta məktəbin şagirdi Əminə Əsədova, 201 nömrəli tam orta məktəbin şagirdi Uğur Əliyev, 27 nömrəli tam orta məktəbin şagirdi Rza Qasımov və 218 nömrəli tam orta məktəbin şagirdi Emin Həziyev isə III yeri tutaraq bürünc medal qazanıblar.

 

Qeyd edək ki, “Sabahın alimləri” XII respublika müsabiqəsində ölkə üzrə 486 layihə qeydiyyatdan keçib. Onlardan 119-u BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanıb. 119 layihədən 30-u finalda iştirak hüququ qazanıb. Ümumilikdə ölkə üzrə qalib olan 48 layihədən 13-ü Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin layihələridir.

 

Müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin “BP Azərbaycan” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

 Pensiya yaşı dəyişdiriləcəkmi?

Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

“Ermənistan Espo Konvensiyanı kobud şəkildə pozur”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

Zavod, yoxsa Zəngəzur yolunun üzərində tikilən “divar”?

TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”

MHB sədri Emin Əmrullayevlə Sadıq Sadıqova niyə təşəkkür etdi?

Deputatdan “Qaydış günü”nün təsis edilməsi ilə bağlı TƏKLİF

Erməni həyasızlığının pik nöqtəsi

Aərbaycanın İraqdakı səfiri üçüncü dəfə Kərkükü ziyarət edib

Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

“ABŞ-ın ekologiyaya zərbə vurmaq kimi məqsədi yoxdur”

15-19 yaşlı qızlar arasında qeydə alınan ABORTLAR

Bu ildən Azərbaycan məktəblərində yeni məktəbli FORMALARI