Neçə dəfə ürəkdən sevmək mümkündür?

11:00 20-02-2023 | icon 187 | Maraqlı
Neçə dəfə ürəkdən sevmək mümkündür?

Həqiqi eşq, yoxsa özünü aldatma?

 

Belə bir populyar fikir var ki, insan həqiqi mənada ürəkdən həyatı boyu cəmi 3 dəfə sevə bilər.

 
 
 
Psixoloq Yuliya Kuznesova insanın ömrü boyu potensial sevmə qabiliyyətinin fərdi və müxtəlif sayda olduğunu bildirib.
 
 
Bu qabiliyyət insanın psixikası, şəxsiyyətindən asılıdır. İnsan bir dəfə sevər deyə qanun yoxdur:
 
 
“Bizim beynimizin maraqlı qabiliyyəti var, romantik münasibət zamanı o hissləri sanki ilk dəfə yaşayırmış kimi hiss edir. Hər yeni sevgi münasibəti insanda zamanla baş verən dəyişikliklərə uyğun hiss verir: insanın özünə, başqalarına, dünyaya baxışı yaşdan yaşa dəyişir. Sevgi hissi bioloji faktorlardan-neyromediatorlardan, eləcə də sosial təsəvvürlərdən, mənəvi prinsiplərdən asılıdır. Valideyn, övlad, dost, sevgili, həyat yoldaşına olan sevgi təbiətcə eynidir. Bu baxımdan insan həyatı boyu saysız sayda sevə bilər. Necə ki, gənc vaxtı sevgilisini, dosunu sevirdi, sonra uşaqları oldu onları daha çox sevdi. Sevgidə standart axtarmaq lazım deyil. Əsl sevgi 1 dəfə, 3 dəfə olaraq kimi rəqəmlərə fikir verməyin. Alimlərin 3000 kişi və qadın üzərində apardığı təcrübə göstərib ki, orta statisitk olaraq, onlar 3-5 dəfə seviblər. Və ən güclü hisslər sonuncu münasibətdə olub. Sevginin yaşı, vaxtı, sayı barədə standartlar, hesablama və öncəgörməlik özünü aldatmaqdan başqa bir şey deyil”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

Ordu ilə bağlı zarafat etdi

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı