Münxendə Parisin puç olan arzuları

16:29 22-02-2023 | icon 399 | Geopolitika
Münxendə Parisin puç olan arzuları

Turan Rzayev: "Nikolun “cəsarəti” Bakının növbəti qələbəsi oldu”

 

Almaniyanın Münxen şəhərində təşkil olunan 59-cu Münhen Təhlükəsizlik Konfransı (MTK) başa çatdı. 800 nəfərdən çox rəsmi dəvət olunmuş iştirakçının qatıldığı bu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının prezidenti, Avropa Komissiyasının prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri də iştirak etdi.

 

Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Bu həm də ölkə başçısının timsalında Qərbin Azərbaycana verdiyi dəyərin və önəmin əyani sübutudur. Əliyev diplomatiyası Parisin təşəbbüsünə hansı təsirini göstərdi və Fransanın ermənipərəst mövqe tutaraq Cənubi Qafqazı qarışdırmaq istəyi necə açığa çıxarıdı?

 

Bu barədə Versus.az-a şərh verən politoloq Turan Rzayev bildirib ki, Münhen Təhlükəsizlik Konfransının diqqətçəkən məqamlarından biri Fransa ilə bağlı nüans olub. Onun sözlərinə görə, Fransa tədbirdən əvvəl Parisdə görüş təşkil etmək istəyib. Bununla da Paris Azərbaycan-Ermənistan məsələsində təşəbbüsün məhz onun əlində olduğunu və bununla da Azərbaycana öz iradəsini diktə etmək gücünə malik olduğunu dünyaya göstərmək istəyib. Amma rəsmi Parisin nəinki bu niyyəti baş tutmadı, ümumilikdə bu istiqamətdə yürütdüyü siyasət tam iflasa uğradı.

 

Politoloq bunun Münhendə ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşün baş tutması ilə subut olunduğunu deyib:

 

“Bu, aydın göstərdi ki, Fransanın bu prosesdə heç bir yeri və rolu yoxdur. Rəsmi Bakı Brüsseli və ya Vaşinqtonu bu məsələdə daha vacib görür. Fransanın birtərəfli ermənipərəst siyasəti onun prosesdə iştirakını imkansız edir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Brüssel formatının sonrakı mərhələdə pozulması da məhz Fransanın təşəbbüsü öz əlinə götürmək cəhdindən sonra baş verdi”.

 

Politoloq qeyd edib ki, Münhen Təhlükəsizlik Komitəsində ən diqqətçəkən məqam Prezident İlham Əliyevin “Dağları aşmaq? Cənubi Qafqazda Təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak etməsi olub:

 

“Paneldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid iştirak etdilər. Moderatorun təxribat xarakterli sualları diqqətçəkən ilk məqam oldu. Belə ki, Ermənistanın Türkiyədəki zəlzələyə görə etdiyi humanitar yardımı qeyri-adi hadisə kimi şişirtməsi, Laçın yolundakı ekofəalların aksiyasını təhrif olunmuş formada təqdim etməsi, Qarabağda mövcud olmayan “humanitar böhran”a diqqəti çəkməsi və nəhayət, Paşinyana xüsusi şərait yaratması müzakirələrin öncədən hazırlanmış ssenari əsasında təşkil olunması təəssüratını yaratdı. Bunu deməyə əsas verən digər bir fakt isə Cənubi Qafqaza həsr olunan panel haqqında verilən ilkin anonsda Paşinyanın adının iştirakçılar sırasında olmamasıdır. Prezidentə Münhendə yerli telekanallara verdiyi müsahibəsində bildirdi ki, Paşinyanın paneldə iştirakı haqda məlumat yaxın saatlara qədər mövcud deyildi. Görünür, Paşinyan 2020-ci ilin fevralında Prezident Əliyevlə keçirilən canlı debatda düşdüyü rəzil vəziyyətə bir daha düşməmək üçün iştirakdan imtina etmişdi. Lakin yenə də yekunda o paneldə iştirak etdi və görünür onun iştirakına səbəb təşkilatçıların və panelin moderatorunun Paşinyana “xüsusi imtiyazlı debat” vədi olub. Müzakirələr zamanı da göründü ki, moderator Paşinyana söz verdiyi zaman onun üçün xüsusi şərait yaratdı. Lakin bunların heç biri Paşinyanın növbəti dəfə rəzil vəziyyətə düşməkdən və biabır olmaqdan xilas edə bilmədi. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də ingilis dilində çox səlis, eləcə də sanballı və məntiqli arqumentləri ilə moderatorun təxribatçı suallarını neytrallaşdırdı. Prezident bütün dünyanın gözü qarşısında mövcud vəziyyəti təhlil etdi”.

 

Politoloq hesab edir ki, nəticə etibarı ilə Münhen Təhlükəsizlik Konfransının Azərbaycanın beynəlxalq arenada sıxışdırılması, təklənməsi barədə iddiaları alt-üst etdi. Onun sözlərinə görə, burdan aydın göründü ki, bütün qapılar Azərbaycanın üzünə açıqdır, Azərbaycan kimdənsə nəyisə rica etmir, əksinə, öz şərtlərini irəli sürür və böyük dərəcədə də istəyinə nail olur:

 

“Prezident İlham Əliyevin Azərbaycanın yeni enerji strategiyası ilə bağlı fikirlərinə, hazırda görülən işlərə və perspektiv planlara olan beynəlxalq dəstək bunu aydın şəkildə göstərir. Digər bir misal Laçın yolu ilə bağlı Ermənistanın və Fransanın apardığı çirkin kampaniyanın heç bir nəticə verməməsi, ölkəmizin mövqeyinin nə dərəcədə güclü olduğunu nümayiş etdirir”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı