"Siyasi, hərbi vəziyyətin daha da gərginləşməsi qaçılmazdır"

20:59 24-02-2023 | icon 422 | Geopolitika
"Siyasi, hərbi vəziyyətin daha da gərginləşməsi qaçılmazdır"

Vüqar Dadaşov: “Bu, Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalını reallığa çevirir” 

 

 

“Rusiya - Qərb qarşıdurmasının Ermənistan və Azərbaycan arasında müharibə ehtimalına təsiri Rusiyanın Ukraynaya təcavüzünün ilk ildönümü ərəfəsində Rusiya prezidenti Vladimir Putinin açıqlaması təxmin edilən ehtimalı - beynəlxalq vəziyyətin və ən əsası Rusiya Qərb qarşıdurmasının daha da dərinləşəcəyini göstərir”.

 

Bunu Versus.az-a açıqlamasında MCP siyasi şurasının üzvü, hüquqşünas Vüqar Dadaşov

 

Kremlin Beynəlxalq "Strateji hücum silahlarının ixtisarı" müqaviləsindən çıxması ilə Qərblə mümkün hərbi toqquşma ehtimalının artması və bunun regiona təriləri ilə bağlı açıqlamasında bildirib.

 

Ekspet bildirib ki, gözlənilən qarşıdurmanın qırmızı xətti qeyri -müəyyəndir. Son xəbərə əsasən Rusiya Avropa ölkələrinin suverenliyini tanıyan qanundan imtina etməsi və ardınca qitələrarası strateji nüvə başlıqlarını daşıyan "Sarmat" raketlərinin sınağını keçirməsi şübhəsiz ki, digər şərtləri nəzərə almaqla III-cü dünya müharibəsi ehtimalını gücləndirir:

 

“Rusiya-Qərb qarşıdurması özünü təkcə Ukrayna cəbhəsində deyil, digər bütün istiqamətlərdə də göstərəcək. Cənubi Qafqazda siyasi, hərbi vəziyyətin daha da gərginləşməsi qaçılmazdır. Nəzərə alsaq ki, Avropa İttifaqı mülki müşahidəçilər adı ilə Ermənistanda mövqe tutur və Rusiya açıq və konkret olaraq öz kəskin mövqeyi, xəbərdarlığı ilə buna çıxış edir, bu halda Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası məsələsinin çətinləşməsi bir yana, Ermənistan Azərbaycan atasında növbəti müharibəni qaçılmaz hala gətirir”.

 

V.Dadaşov hesab edir ki, Ermənistan Azərbaycan arasında növbəti müharibədə Rusiya maraqlı görünür. Onun fikrincə, Ermənistanda Paşinyan hakimiyyətinin aydın şəkildə qərbyönümlü siyasət yeritməsi, rəsmi İrəvanın anti Rusiya siyasəti, rus ordusunun Ermənistandan çıxarılması tələbi ilə keçirilən çoxsaylı mitinqlər onu deməyə əsas verir ki, Rusiya Paşinyan hakimiyyətini devirmək üçün vəziyyəti Azərbaycanla müharibə həddinə çatdırmaq üçün əməli hərəkət edəcək:

 

“Rusiyanın yaxın günlərdə qəfildən Ermənistanda hərbi təlimlər keçirəcəyi məlumatı bir neçə məqsəd və eləcə də siyasi mesaj xarakterlidir. İlk növbədə Rusiya Qərbə xəbərdarlıq edir ki, Ermənistandan imtina edən deyil. Xüsusən də Rusiyanın Ermənistanda hərbi təlimlər keçirməsi Avropa İttifaqının bu ölkəyə maddi yardımın miqdarının artırması fonunda daha ünvanlı görünür. Ancaq, həmin hərbi təlimlər qeyd etdiyim kimi Rusiya üçün həm də region ölkələrinə və o cümlədən Azərbaycana qarşı bir təzyiq məqsədi daşıyır”.

 

V.Dadaşov qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəlki açıqlaması Moskvanı qıcıqlandırmaya bilməz:

 

"Bolqarıstanın enerji təhlükəsizliyinin və təchizatının bundan sonra 100% Azərbaycan və ABŞ tərəfindən təmin ediləcəyi haqda məlumatdan sonra Rusiyanın Ermənistanda birdən birə hərbi təlim keçirəcəyi xəbəri çox ehtimal ki, bununla əlaqəli prosesdir”.

 

Ekspet baş verənlər fonunda Ruben Vardanyanın Moskvadan Xankəndinə qaytarılmasını ehtiyat planının startı kimi, regionda vəziyyətin yeni axara yönəldilməsinə şübhə qoymur:

 

“Ermənistan tərəfindən atəşkəsin pozulması çox ciddi planların işə düşməsinə sübutdur. Heç şübhəsiz ki, regionda baş verəcək yeni konfrontasiya Rusiyanın istəyi ilə mümkündür və son günlər dərinləşən Rusiya - Qərb qarşıdurması Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında yeni böyük müharibə ehtimalını yavaş-yavaş reallığa çevirir”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident onu MÜKAFATLANDIRDI

"Bu uğurların, qələbələrin stansiyasının inşasına 15 iyundan başlanıldı"

Röyanın doğum günündə “Sərxoşam” - KLİP

Azərbaycanda Milli Qurtuluş Günüdür

Xalq artisti şagirdlərlə görüşdü

Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ili

Qəbul imtahanının NƏTİCƏLƏRİ

Bayram tətili BAŞLADI

Naxçıvan yenidən ATƏŞƏ TUTULDU

"Kəpəz" 2 futbolçu ilə yollarını ayırdı

“Şagirdlərin dərs yükü gələn ildən azaldıla bilər”

Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə gedən ŞƏRƏFLİ TARİX

Şuşa Bəyannaməsi və onun əhəmiyyəti

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP