Mədrəsə müəllimindən dəhşət

08:28 01-03-2023 | icon 178 | Təhsil
Mədrəsə müəllimindən dəhşət

O, məscidin zirzəmisində əsir saxladığı 11 uşağa günlərlə işgəncə verib

 

Rusiyanın Ufa şəhərində dini fanat olan mədrəsə müəllimi oğlan uşaqlarının yerli məscidlərdən birinin zirzəmisində günlərlə saxlayıb və döyüb.

 

Bu barədə məsciddən qaçan uşaq polisə xəbər verdikdən sonra məlum olub. Hüquq mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

 

Məlum olub ki, Tacikistan əsilli kişi uşaqları zorla zirzəmidə çox pis şəraitdə (hətta çarpayı olmayıb) saxlayıb və təlim keçib. Uşaqlardan bəziləri işgəncə gördüklərini polislərə təsdiqləsələr də, digərləri təkzib ediblər, ancaq bədənlərində qançır izləri uşaqların qorxduğu ehtimalını verməyə əsas olub.

 

 

Məscidin rəhbərliyi və Başqırdıstan Müsəlmanlarının Ruhani İdarəsi mədrəsə müəllimi ilə əlaqələrini inkar ediblər.

 

Rusiya İstintaq Komitəsinin regional baş idarəsi bildirib ki, həmin şəxsə qarşı cinayət işi başlanıb. Müstəntiqlərin fikrincə, kişi 2023-cü ilin əvvəlindən uşaqlara işgəncə verirmiş. Təqsirləndirilən şəxs saxlanılıb, o, istintaq müddətini təcridxanada keçirəcək.

 

Uşaqlar uşaq evlərinə yerləşdiriliblər. /Lenta.ru/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı