Premyer Liqada 25-ci tura START


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
Versus.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. “Zirə” öz meydanında “Şamaxı”nı qəbul edəcək.
24 turdan sonra paytaxt təmsilçisi 35 xalla 4-cüdür. 19 xala malik şamaxılılar isə 8-ci pillədə qərarlaşıblar.
“Şamaxı” son 10 oyunda “Zirə”yə qalib gəlməyib. Bakılılar ardıcıl 7 matçda qol buraxmayıblar.
Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXV tur
3 mart (cümə)
17:00. “Zirə” – “Şamaxı”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.
Xəbər lenti

Evinin önündə sui-qəsdə məruz qalan deputat xəstəxanaya yerləşdirilib
Onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur