AFFA “Qarabağ” və “Neftçi”ni cəzalandırdı

15:31 03-03-2023 | icon 355 | İdman
AFFA “Qarabağ” və “Neftçi”ni cəzalandırdı

AFFA İntizam Komitəsi “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvilini üç oyunluq şərti cəzalandırıb.

 

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, buna 24 yaşlı qolkiperin “Neftçi” ilə 1:1 heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyununda azarkeşlərə tərəf kənar əşya atması səbəb olub.

 

“Köhlən atlar” bunun üçün 2400 manat məbləğində cərimələnib. Gürcüstanlı oyunçuya şərti cəzaya görə üç ay sınaq müddəti təyin edilib.

 

Komitə hər iki kluba 4 min manat cərimə kəsib. Buna səbəb fanatların matçda təhqiramiz ifadələr işlətməsidir.

 

“Neftçi” tərəfdarların pirotexnikadan istifadəsinə görə 800, azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600 manat məbləğində ziyana düşüb.

 

Paytaxt klubunun fanatlarının oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN