Beş otaqlı ev yandı


Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.
“Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə bildirilib.
Xəbər lenti

Evinin önündə sui-qəsdə məruz qalan deputat xəstəxanaya yerləşdirilib
Onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur