Türkiyəli müğənni Bakıda konsert verdi


Mustafa Sandal: “Məni yenə Azərbaycana çağırın”
Türkiyəli bəstəkar və müğənni Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış etdi.
Versus.Az xəbər verir ki, “Event Office”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutan konsertdə sənətçi “Aya benzer”, “Araba”, “İsyankar” və s. kimi tarixdən bu günə qədər bir çox gözəl mahnıları ilə azərbaycanlı sevənlərinin qarşısında çıxış etdi.
Türkiyəli sənətçi bəzi mahnıları ilə tamaşaçıları “90-lar”a aparıb nostalji hisslər yaşatdı.
"Bakı ikinci şəhərimdir” deyə konserti başlayan sənətçi sonda "Məni yenə Azərbaycana çağırın" deyərək bitirdi.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti

Qripə qarşı peyvəndin TƏSİR MÜDDƏTİ
Burun axması və boğaz ağrısı kimi simptomlar