Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş TƏQDİMAT

18:36 26-05-2023 | icon 323 | Cəmiyyət
Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş TƏQDİMAT

26 may 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın Müstəqilliyinin 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan” adlı təqdimat mərasimi keçirildi.

 

Versus.Az xəbər verir ki, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, Milli Azərbaycan Tarixi Muzeyi, “Rəsulzadə ev-muzeyi” İctimai Qrupu, VMF Holdinq və Danimarkanın məşhur “OBaku” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq, qonaqları müstəqilliyimizin 105-ci ili münasibəti ilə təbrik etdi. Akademik çıxışında Azərbaycanın milli dövlətçilik tarixinin əsasını qoymuş Cümhuriyyət dəyərlərinin bu gün də müasir Azərbaycan dövlətçiliyi üçün öz əhəmiyyətini saxladığını vurğuladı.

 

“Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun Təşkilat Komitəsinin rəhbəri, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi bu günkü tədbirin yeni bir məzmunda keçirildiyinə diqqət çəkdi, müstəqilliyimizin bərpasından keçən son 32 ildə Cümhuriyyət tarixinin tədqiqi, bu mövzuda sənət əsərlərinin yaradılması sahəsində görülmüş işlərə ümumi nəzər salmaq,  Azərbaycan Cümhuriyyəti tarixi və onun əhəmiyyəti, Cümhuriyyət xadimlərinin xatirəsi ilə bağlı elm və sənət adamları qarşısında duran yeni vəzifələri müəyyən etmək məqsədi daşıdığını bildirdi.

 

Açılış mərasimində tədbirin təşkilatçlarından olan Çingiz Mustafayev adına Fond, VMF Holdinqin təsisçisi, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev çıxış edərək, Danimarkanın “OBaku” saat  şirkəti ilə bu ildən başlayaraq, iş birliyi yaratdıqları və bu əməkdaşlığın ilkin təcəssümü kimi “OBaku” brendinin müstəqilliyimizin 105-ci ildönümü münasibətilə xüsusi saat kolleksiyası istehsal etdiyini və bugünkü tədbirdə mükafat qismində təqdim olunacağını bildirdi.

 

Bu təqdimatla bağlı Bakıya gəlmiş ”OBaku” şirkətinin direktoru Henriette Grasa Arvin də tədbirdə çox səmimi çıxış edərək, Şərqdə ilk demokratik respublika qurmuş Azərbaycana bu ilk səfərindən, Azərbaycan xalqının,  elm, sənət adamlarının öz tarixinə bu qədər sevgi ilə yanaşmasından çox mütəəssir olduğunu və bu şərəfli insanları öz brend saatları ilə mükafatlandırmaqdan hədsiz fərəh keçirdiyini vurğuladı.

 

Mərasim “Bir heykəlin tarixçəsi” adı altında Xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin hələ 1993-cü ildə hazırlanmış heykəlinin ilkin layihəsinin təqdimatı ilə davam etdi. Mərasimdə iştirak edən heykəltaraş, rəssam Ömər Eldarov bu heykəlin taleyi ilə bağlı məsələyə aydınlıq gətirdi.

 

Daha sonra Cümhuriyyət tarixinin araşdırılmasına töhfə vermiş qurumların fəaliyyəti, bu mövzuda müxtəlif sahələrdə əsərlər yaratmış elm və sənət adamlarının əməyi qeyd edilməklə siferblatında Azərbaycanın xəritəsi göstərilən, “Azərbaycan-105. 1918-1923” yazıları olan və 105 ədəd istehsal edilən  “OBaku” brendinin xüsusi saat kolleksiyası ilə təltif olma mərasimi başladı.

 

Təltif edilənlər arasında ekspozisiyasında “Cümhuriyyət dövrü” güşəsi olan Milli Azərbaycan Tarixi Muzeyi də yer aldı.

 

Mərasimdə akademik Rafael Hüseynov, tarixçi alim Firdovsiyə Əhmədova, rejissor Mehriban Ələkbərzadə, bəstəkar Sərdar Fərəcov və digər iştirakçılar çıxış etdilər.

 

Təltif olunanlara hədiyyələr əsasən danimarkalı qonaq Henriette Grasa Arvin, Ömər Eldarov, Nailə Vəlixanlı, Vahid Mustafayev, Solmaz Rüstəmova-Tohidi tərəfindən təqdim olundu.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI