Müəllimlərin müqavilə ilə vakansiya seçimi YEKUNLAŞDI


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi bu gün saat 1.00-da yekunlaşıb.
Versus.az xəbər verir ki, müddətli müqavilə ilə vakansiya seçiminə avqustun 21-də start verilmişdi.
Müəllimliyə hər bir namizədə müddətli müqavilə ilə 4 vakant yer seçmək imkanı yaradılmışdı.
"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə çıxarılıb.
Xəbər lenti

Dünyanın seysmoloji MƏNZƏRƏSİ
Harada güclü zəlzələ olur, harada heç olmur...