"Talışlarla Azərbaycan türkləri arasında mənəvi qohumluq bağları var"


Qabil Hüseynli: “Talışlara Azərbaycan türkündən, Azərbaycan türkünə də talışlardan yaxın, doğma ikinci bir xalq yoxdur”
“Vaxtilə “talış-muğan respublikası” adı altında Əlikram Hümbətovun yaratmaq istədiyi qurum, talış xalqının özü tərəfindən yerlə-yeksan edildi, belə separatçı hərəkətlərə izin verilmədi. Çünki talış xalqı ilə Azərbaycan türkləri arasında dərin qohumluq ənənələri, onları birləşdirən ciddi mənəvi tellər mövcuddur”.
Bunu Versus.az-a politoloq Qabil Hüseynli Rusiyada “talış muğan respublikası”nın yaranmasının 30 illiyi” n həsr olunan tədbirə bağlı açıqlamasında bildirib.
Q.Hüseynli qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında bağlanan strateji müttəfiqlik müqaviləsində gösətrilir ki, tərəflər öz ərazilərində separatçılığa qarşı birgə mübarizə aparacaq və bu hərəkətlərin baş verməsinə imkan verməyəcəklər. Amma görünür ki, talışlar arasında etnik ayrılıq duyğularını körükləyən, bu hissləri qızışdırmaq istəyən adamlar məhz Rusiyadan çıxır.
Politoloq bildirib ki, çox zaman bu məsələ üzərindən reytinq qazanmaq istəyənlər də elə Rusiyada daldalanırlar:
“Əvvəla, Azərbaycan türkü ilə Azərbaycan talışı Azərbaycan dövlətində iç-içə yaşayırlar. Talışların çox yaşadığı hansı rayonu götürsək, Azərbaycan türkü ilə talışlar arasındakı say nisbəti bərabər olar. Üstəlik talışlarla Azərbaycan türkləri arasında bir mənəvi qohumluq bağları var. Biz talış xalqının gözəl qızları ilə evlənən Azərbaycan türklərinin saysız-hesabsız nümunələrini göstərə bilərik. Eynilə də talış oğulları ilə evlənmiş Azərbaycan qızlarının gözəl həyatından misallar gətirə bilərik. Bu xalq qohumlaşmış xalqdır. Bu iki xalq arasında ciddi kirvəlik, dostluq əlaqələri, və insanı bir -birinə yaxınlaşdıran digər mənəvi bağlar, tellər vadır. Ona görə də kiminsə çıxıb bu xalqları bir-birindən ayırmaq cəhdləri əbəsdir. Onlar bir can, bir ürəkdir. Rusiyada hər hansı birinin, yaxud ermənilərin ötürməsi ilə separatizmi körükləməyə çalışan adamların səyləri həmişə boşa çıxıb və boşa çıxmaqda da davam edəcək. Çünki talışlara Azərbaycan türkündən, Azərbaycan türkünə də talışlardan yaxın, doğma ikinci bir xalq yoxdur. Biz eyni adamıq, heç kəs aramıza girə bilməz”.
PƏRİ
Versus.az
Xəbər lenti

Dünyanın seysmoloji MƏNZƏRƏSİ
Harada güclü zəlzələ olur, harada heç olmur...