Növbəti məşhurun “Ulduzu” və möhtəşəm konserti

19:59 11-09-2023 | icon 450 | Mədəniyyət
Növbəti məşhurun “Ulduzu” və möhtəşəm konserti

Sea Breeze istirahət mərkəzinin “Şöhrət Xiyabanı” (“Walk of Fame Sea Breeze”) ulduzlar xiyabanında daha bir dünya şöhrətli, İtalıya mədəniyyətinin parlaq ulduzlarından biri olan estrada və opera ifaçısı Alessandro Safinanın “Ulduzu” qoyuldu.


Versus.az xəbər verir ki, Emin Ağalarovun dəvəti ilə Baklya təşrif buyurmuş Alessandro Safina “Ulduz” mərasimindən sonra onu seyr etməyə gələn çox sayda pərəstişkarına geniş repertuarlı unudulmaz bir musiqili gecə bəxş edib.

 

“Bakıda yenidən çıxış etməkdən çox xoşbəxtəm. Bu axşamı bizimlə keçirməyə qərar verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm! Və sizin üçün bu gözəl musiqiçilərlə birlikdə möhtəşəm konsert proqramı hazırlamışıq, ümid edirəm ki, bəyənəcəksiniz!” – Alessandro Safina deyib.

 

Müğənni ona dünya şöhrəti gətirən “Luna” adlı hit mahnısını və digər əsərlərini ifa edib.


Emin Ağalarov isə Elvis Preslinin “Can't Help Falling In Love” mahnısını ifa edərək, tamaşaçıları sevindirib. Lakin gecənin ən yaddaqalan məqamı Müslüm Maqomayevin Safina və Ağalarovun ifasında səslənən “Mavi əbədiyyət” mahnısı oldu.

 

İtaliyalı müğənninin sözlərinə görə, bu mahnını ilk dəfə maşında gedərkən, başqa konsertdən otelə qayıdarkən eşidib:

 

“Sadəcə, bu bəstəyə aşiq oldum və o vaxtdan Müslüm Maqomayev mənim sevimli azərbaycanlı müğənnimə çevrildi. Mən Eminə təklif etdim ki, “Mavi əbədiyyət”i italyan dilində təkrar oxusun. O, razılaşdı və mən böyük məmnuniyyət və qürurla italyan variantının mətnini yazdım, indi sizə təqdim edəcəyik!”.

 

Tamaşaçılar biri italyan, digəri rus dilində oxuyan iki ifaçının duetini heyranlıqla qarşılayıb. İfaçılar M. Maqomayevin əfsanəvi mahnısına yeni nəfəs verib.


Axşam boyu gözəl aura hökm sürürdü. Bakı tamaşaçılarını fəth edən Alessandro Safinanın melodik və güclü səsi məst etmişdi. Öz növbəsində müğənninin özü də mahnılara fasilə verərək, tamaşaçılara zarafatla müraciət edərək, hava öpüşləri göndərərək, rahat atmosfer yaradıb. Konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb.

 

 

Ayəndə Dadaşova
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI