Evdən getdi, bir ildən sonra sahibinin yanına döndü

09:20 25-10-2023 | icon 304 | Maraqlı
Evdən getdi, bir ildən sonra sahibinin yanına döndü

Şotlandiyada bir il əvvəl evdən qaçaraq vəhşi təbiətə üz tutan Misir ilanı geri dönüb.

 

Körpə ikən itən Emett adlı ilan Ayrdray yaşayış massivində tapılıb və Qlazqodakı mərkəzə təhvil verilib.

 

Mərkəz rəsmilərinin verdiyi elandan sonra ilanın sahibi peyda olub və artıq körpə olmayan Emettini evinə aparıb.

 

“Bu ilanın hava şəraitinin dəyişməsinə tab gətirməsi təəccüblüdür”, - deyə Şotlandiyadakı mərkəzin rəsmiləri bildiriblər.

 

Qeyd edək ki, Misir ilanı (Pantherophis guttatus) ABŞ-də yaşayan ilan növüdür və məşhur ev heyvanları kimi tanınırlar. Baxılması asan olmaları, gözəl rəng naxışları və mehriban davranışları səbəbindən tez-tez evdə saxlanılırlar.

 

Yetkin Misir ilanları adətən 90-120 santimetr uzunluğunda olurlar. Ancaq bəziləri daha uzun ola bilirlər.

 

Misir ilanları ətyeyəndirlər. Vəhşi təbiətdə gəmiricilər, quşlar və digər kiçik heyvanlarla qidalanırlar. Evcil Misir ilanları siçan və siçan balaları kimi gəmiricilərlə də qidalana bilirlər.

 

Misir ilanları əsasən sakit və mehriban bir təbiətə malikdir. Digər ilan növləri kimi tez-tez dişləməyə meylli deyillər və insanlarla yaxşı anlaşırlar. Bununla belə ilanların qulluğuna diqqət etmək vacibdir. Yaxşı qulluq edildikdə bu ilanlar 15-20 il yaşaya bilirlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA