Dəmir parçası ilə öldürüldü


Sabunçu rayon prokurorluğundan Versus.az-a verilən məlumata görə, qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Oktyabrın 25-də 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1988-ci il təvəllüdlü Adil Əsgərovun Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Firdovsi Nəcəfovu dəmir parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Adil Əsgərov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Rəri
Versus.az
Xəbər lenti

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
"Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik"