25-ci dəfə əməliyyat olunan qazimiz ZİYARƏT EDİLDİ


Könül İsmayılova: "Şəfalar diləyirəm, tezliklə xeyir işində görüşərik"
Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova şəhid anaları və xeyirsevər xanımlarla birlikdə Qarabağ qazisi Taleh Camalovu ziyarət edib.
Versus.Az xəbər verir ki, İkinci Qarabağ döyüşlərində qəhrəmanlıqla vuruşan Taleh Camalov 25-ci dəfə əməliyyat olunub.
K.İsmayılova qazimizin səhhəti ilə maraqlanıb, qayğılarını dinləyib. O, qazimizə şəfalar diləyərək, tezliklə xeyir işində görüşməyi arzu edib.
Qeyd edək ki, Taleh Cəbrayılova Füzuli, Cəbrayıl, Suqovuşan, Zəngilan, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlər zamanı Taleh Camalov ağır yaralanıb, onun bir ayağı amputasiya olunub, çiyin hissəsində qəlpə yarası var.
Taleh Camalov Prezident İlham Əliyevin sərəncamı ilə Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.
SEVDA
Versus.Az
Xəbər lenti

Dünyanın seysmoloji MƏNZƏRƏSİ
Harada güclü zəlzələ olur, harada heç olmur...