“Bakı payızı 2023”

09:13 31-10-2023 | icon 594 | Şou-biznes
“Bakı payızı 2023”

“Mənim Azərbaycanım” klipinin çəkilişləri keçirilib.

 

Versus.Az xəbər veriri ki, klip çəkilişləri “Bakı payızı - 2023. 35 il sonra” layihənin finalçılarının iştirakı ilə baş tutub.

 

İştirakçılar kompozisiyanı bir neçə dəfə ifa ediblər. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, bədii rəhbər, bəstəkar Mikayıl Vəkilov və təşkilatçı-prodüser Səbinə Həsənova özünəməxsus şəkildə bayram əhvali-ruhiyyəsi yaradıblar.

 

Qonaqlar arasında məşhur estrada ifaçısı Abbas Əhməd də olub.

 

Qeyd edək ki, “Mənim Azərbaycanım” hiti bəstəkarlar Mikayıl Vəkilov və Firuz İsmayılovun, Malik Fərruxun sözlərinə, 35 il öncə “Bakı payızı” müsabiqəsi zamanı Heydər Əliyev Sarayının səhnəsində səslənib və bu il keçirilən müsabiqədə ikinci nəfəs verilib.

 

Xatırladaq ki, layihə “Best Cast Talent Agency & Golden Arts entertainment”, Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi, “Nizami Boutique House”un baş sponsorluğu ilə həyata keçirilir.

 

Noyabrın 3-də saat 19:00-da Heydər Əliyev Sarayında “Bakı payızı - 2023. 35 il sonra” layihəsinin qala-konserti keçiriləcək.

 

Bilet almaq üçün: https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Paralimpiyaçımız FİNALDA

Növbəti köç karvanı Şuşaya çatıb

Ətin qiyməti QALXDI

AYNA-nın Təlim Mərkəzindən ŞİKAYƏT

Dəmrov xəstəliyinin növləri və MÜALİCƏSİ

"Azərbaycan Avropa ilə əlaqələrini genişləndirməkdə davam edir"

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Marsın suyu niyə quruyur?

Nəbi Xəzrinin 100 illiyi qeyd ediləcək

Güclü külək XƏBƏRDARLIĞI

Avtomobillərini bu yerdə qanunsuz park edənlər CƏRİMƏLƏNƏCƏKLƏR

Qadın maşını sındırdı, kişi evi yandırdı

Görün Hafiz Hacıyevin seçkiyə verdiyi qiymət nədir