Kişilərə XƏBƏRDARLIQ

08:12 01-11-2023 | icon 274 | Sağlamlıq
Kişilərə XƏBƏRDARLIQ

Məşhur içki sizi qadına oxşada bilər

 

“Kişilər arasında ən məşhur içkilərdən biri olan pivə qadın hormonlarının artmasına kömək edir, bununla da libidoya zərər verir”.

 

Bu barədə rusiyalı qastroenteroloq Yevgeni Belousov xəbərdarlıq edib.

 

O, pivəni çox içən kişilərin qarınlarının böyüməsinə diqqət çəkib.

 

Həkimin sözlərinə görə, qarında yığılan piy bədəndə testosteronun səviyyəsini azaldır, eyni zamanda qadın hormonları estrogen səviyyəsinin artmasına təkan verir, bu isə birbaşa kişi libidosuna təsir edir:

 

“Həmçinin, estrogenin artması səbəbindən kişilərdə jinekomastiya - süd vəzilərinin böyüməsi inkişaf edir”.

 

Bundan əlavə, Y.Belousovun sözlərinə görə, pivənin tərkibində qaraciyərə, sinir sisteminə zərərli olan alkoqol və qadın hormonlarının analoqları olan fitoestrogenlər var.

 

Ekspert kişilərə menyudan soya və onun məhsullarını (soya südü, tofu, soya sousu və yağı) çıxarmağa da çağırış edib. O qeyd edib ki, çoxları bu məhsulları faydalı hesab edir. Bununla belə, soya pivə kimi, kişilərdə testosteron sintezinə mənfi təsir göstərən fitoestrogenləri ehtiva edir.

 

Sonda Y.Belousov kişilərə dəmir qablarda konservlərdən imtina etməyi də tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu dəmir uzun müddət saxlandıqda və içindəki maye ilə təmasda olduqda zərərli bisfenol maddəsini buraxmağa başlayır. Bu maddə də müntəzəm şəkildə bədənə daxil olanda pivədəki kimi mənfi təsir göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA