117 nəfərin diplomu TANINMADI

17:06 03-11-2023 | icon 412 | Təhsil
117 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 99, təhsilalma forması üzrə 10, dövlət nümunəli olmayan diplom üzrə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 261, Rusiya Federasiyasından 197, Türkiyə Respublikasından 132, Gürcüstandan 54, Belarus Respublikasından 40, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 68, maliyyə üzrə 63, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 45, menecment üzrə 45, iqtisadiyyat üzrə 43 müraciətçi qeydə alıb.

 

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.

 

Qeyd edilik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşə tanınması imtahanında iştirak edən müraciətçilərin 47%-i imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə edib. Müraciətçilərin 53%-i isə imtahanda keçid balı toplamayıb və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA