Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş ikinci futbol turnirinin QALİBLƏRİ

07:55 06-11-2023 | icon 217 | İdman
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş ikinci futbol turnirinin QALİBLƏRİ

Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş ikinci ənənəvi futbol turniri başa çatıb.

 

Versus.Az xəbər verir ki, Zəfər Günü münasibətilə Bakı Tennis Akademiyasının stadionunda təşkil olunmuş turnirinin son günündə həlledici görüşlər və bağlanış mərasimi baş tutub.

 

İlk olaraq “Ardanış” ilə “Loru-Borçalı” komandaları 3-cü yer uğrunda matçda üz-üzə gəliblər. Rəqibini 4:3 hesabı ilə məğlub edən “Ardanış” bürünc medala yiyələnib.

 

Ardından final görüşü olub. Həlledici qarşılaşmada “İrəvan” və “Çəmbərək” komandaları münasibətlərinə aydınlıq gətiriblər. 7:5 hesablı qələbə qazanan “Çəmbərək” kubokun sahibi olub.

 

Final qarşılaşmasından sonra bağlanış mərasimi təşkil olunub. İlk olaraq şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov çıxış edib. Yarışın təşkilatçısı maraqlı turnir keçirildiyini bildirib. Həmçinin futbol veteranları Ağasəlim Mircavadov, Yaşar Vahabzadə, Şahin Diniyev, Arif Əsədov, Mətbuat Şurasının, Bakı şəhər Gənclər və İdman İdarəsinin, eləcə də, digər qurumların nümayəndələri çıxışlarında şəhid jurnalistlərin əziz xatirəsini ehtiramla yad edib, qalibləri təbrik ediblər.

 

Sonda medal qazanan komandalarla yanaşı, turnirin ən yaxşısı Nəcəf Nəcəfzadə, ən məhsuldar futbolçusu Azad Əliyev, ən yaxşı qapıçısı Hüseyn Məhəmmədov və nümunəvi komandası “Qərbi Azərbaycan” xüsusi mükafat alıblar. Çempion komandaya kuboku AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov təqdim edib.

 

Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü münasibətilə həvəskarlar arasında təşkil olunmuş turnirdə komandalar “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adları altında çıxış ediblər. “Sultan Keramik”, “Bee Tours” və “Mister Tum”un tərəfdaşlığı ilə təşkil olunan ənənəvi turnirə informasiya dəstəyini AZƏRTAC, Az.TV, “Report” İnformasiya Agentliyi və “Rakus.az” saytı veriblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA