“Böyük Zəfərimiz” MUZEYDƏ


Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya təşkilatının təşəbbüsü ilə 8 noyabr - Zəfər Günü münasibətilə “Böyük Zəfərimiz” adlı tədbir keçirilib.
Versus.Az xəbər verir ki, “Azərbaycan” himni səsləndirildikdən və şəhidlərin xatirəsi yad edildikdən sonra tədbiri açıq elan edən YAP “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya təşkilatının sədri, t.ü.f.d., dosent Bəhmən Kərimov qeyd edilən günün milli və ictimai əhəmiyyətindən bəhs edib.
Muzey əməkdaşları - Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, Vətən Müharibəsi Fondunun mütəxəssisi, YAP “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya təşkilatının sədr müavini Pərvanə Əzimova, Vətən Müharibəsi Fondunun mütəxəssisi Gülnar Fərhadova, Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova, muzeyin doktorantı Sənurə Dostiyevanın məruzələrində Qarabağ ərazisində aşkarlanan müxtəlif maddi-mədəniyyət nümunələri, müxtəlif tarixi mərhələlərdəki ictimai proseslər, Zəfər gününün
tariximizdəki əbədi mövqeyi haqqında ətraflı məlumatlar təqdim edildi.
Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları – Cəbrayıl rayonunun şəhid ailələri, müharibə əlilləri və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin sədri, leytenant Səməd Atakişiyev, gizir Seyfulla Niftəliyev, Ramiz Yusubov, Mühiddin Mirzalıyev, Şamxal Qocayev Zəfər gününün fəxarət bayramı olduğunu vurğulayaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olan, qəhrəmanlığı ilə silinməz iz qoyan Azərbaycan hərbçiləri barədə xatirələrini danışdılar.
Tədbir müxtəlif elektron təqdimatlar və videoçarxlarla davam edib.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti

Dünyanın seysmoloji MƏNZƏRƏSİ
Harada güclü zəlzələ olur, harada heç olmur...