Üçtərəfli Bəyanatın izi ilə...

09:08 10-11-2023 | icon 593 | Siyasət
Üçtərəfli Bəyanatın izi ilə...

Könül İsmayılova: ““Heydər Əliyev ili”ndə ərazilərimizin tam suverenliyinə nail olduq”

 

“Azərbaycan ordusunun Ermənistan işğalçı qüvvələri üzərində qazandığı 44 günlük zəfər savaşından 3 il keçir. Vətən Müharibəsi adı ilə tarixə yazılan bu savaşda torpaqlarımızın böyük bir qismi hərbi yolla düşmən tapdağından azad edilməklə erməni işğalçılarına, havadarlarına layiqli dərsini Verdi. Vətən uğrunda aparılan döyüşlər Şuşanın azad olunması ilə dayandırıldı və həmin gün – 8 Noyabr Zəfər Günü kimi tarixə yazıldı”.

 

Versus.Az xəbər verir ki, bunu 10 Noyabr Bəyannaməsi ilə bağlı şərhində Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

 

Könül İsmayılova qeyd edib ki, 10 noyabr üçtərəfli saziş erməni işğalına qarşı əks hücum əməliyyatlarını dayandırdı. Bunan sonra Azərbaycan 10 noyabr bəyannaməsinə əsaslanaraq, orada əksini tapan hər bir müddüəanın yerinə yetirilməsi üçün qarşı tərəfi məcbur etdi:

 

“Kapitulyasiya aktına imza atmağa məcbur edilən işğalçı üç rayonu - Ağdam, Kəlbəcər və Laçını döyüşsüz boşaltsa da, götürdüyü digər öhtəlikləri yerinə yetirmədi, təxribatlar törətdi. Azərbaycanın keçirdiyi antiterror əməliyyatları və 3 il ərzində aparılan diplomatik mübarizə “Heydər Əliyev ili”ndə nəhayət ərazilərimizin tam suverenliyi ilə başa çatdı. Bu gün Azərbaycanın hərb tarixində Zəfər Gününə nəzər salarkən, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edən və qalan ərazilərin qeyri-qanuni silahlı birləşmələrindən təmizlənməsində Ermənistan və Rusiya Prezidentinin də imza atdığı 10 Noyabr Bəyannaməsi mühüm sənəd olaraq Azərbaycan tərəfindən bir tələb kimi qarşıya qoyuldu”.

 

Xanım siyasətçi Bəyannamədəki bir necə bəndə diqqət çəkib:

 

“10 Noyabr Bəyannaməsinin 4-cü bəndinə görə Rusiya sülhməramlılarının Qrabağa daxil olması ilə paralel qeyri-qanuni erməni siahlı birləşmələri də Azərbaycan ərazilərini tərk etməli idi və Azərbaycan sonrakı danışıqlarda məhz bəyanatın bu bəndinə əsasən qeyri-qanuni silahlıların çıxarılması tələbinin üzərində dayandı. Ermənistan silahlı qüvvələri 19 sentyabr 1 günlük antiterror tədbiri ilə bu müddüəanı da özü icra etdi.

10 noyabr sənədinin 6-cı bəndində Laçın dəhlizinin “dəhliz statusu”nda fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. Məhz bu statusla fəaliyyət göstərən yoldan bu illər ərzində bitərəfli qaydada ermənilərin Qarabağdakı qanunsuz silahlı birləşmələrinin silah-sursat təminatına şərait yaradıldı. Eyni zamanda əlavə terrorçuların, digər ölkələrdən gələn hərbi mütəxəssislərin heç bir maneəyə rast gəlmədən Qarabağa gəlib-getməsinə şərait yaratdılar. Bu, illər ərzində Qarabağın digər bölgələrinin minalanmasına şərait yaratdılar ki, bu günə qədər də bunun acı nəticələrini yaşamaqda davam edirik. 10 noyabr bəyanatının bu bəndini də Azərbaycan dövləti icra etdi”.

 

K.İsmayılova vurğulayıb ki, hərbi zəfərimizdən sonra imzalanan 10 noyabr bəyanatı 44 günlük müharibəni yekunlaşdıran bir sənəd oldu:

 

“Azərbaycan dövləti, xalqın birliyi, ordunun gücü, çevik diplomatik gedişlərlə 10 noyabr sənədinə arxalanaraq Zəfərə doğru qətiyyətlə irəlilədi”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB