“Qərbi Azərbaycana Qayıdış” adlı festival keçiriləcək

13:32 13-11-2023 | icon 331 | Siyasət
“Qərbi Azərbaycana Qayıdış” adlı festival keçiriləcək

Noyabrın 23-24-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana Qayıdış” adlı festival və hər il davam etməsi planlaşdırılan “Qərbi Azərbaycan: Böyük Qayıdışa gedən yol” adlı beynəlxalq konqres keçiriləcək.

 

Versus.Az xəbər verir ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalıların birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Festivalda bir sıra rəsmi qonaqlarla yanaşı, ölkəmizin və Türkiyənin qabaqcıl ali təhsil müəssisələrinin rektorları və tədqiqatçılarının iştirakı nəzərdə tutulur.

 

Bu festival və konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər müxtəlif sahələrinin araşdırılması, geniş auditoriyada müzakirəyə çıxarılması elm adamlarının qarşısına məqsəd kimi qoyulacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA