Limonun bilmədiyimiz faydaları

17:10 14-11-2023 | icon 347 | Sağlamlıq
Limonun bilmədiyimiz faydaları

Astaralı fermer Zəbiəli Əliyevin yetişdirdiyi limonun çəkisi bir kiloqrama yaxındır.

 

Fermer bu limon sortunu Özbəkistandan gətirib, ağaca qulluq edib və artırıb.

 

“Bu limonun saxlanma müddəti yerli sortlardan fərqlənir. Bu limon ağacda bir ildən çox qalır, xəstəliyə də davamlıdır. Qabığı bir az qalındır. Amma əslində, bu sortun meyvəsi qabıqla yeyilir”, - deyə Z.Əliyev söyləyib.

 

İlk baxışdan böyük bir armudu xatırladan bu sort tərkibinə görə də faydalı hesab edilir. Əsasən şəkərli diabet, təzyiqi yüksək olan insanların istifadə etməsi məsləhət görülür.

 

Qiymətlərə gəldikdə isə bir ədədinin qiyməti yerli məhsullarla müqayisədə 10 dəfə baha, yəni 3-4 manat arasında dəyişir. 

 

Bu limonun başqa bir özəlliyi isə odur ki, yerli limonlar ildə bir dəfə bar verirsə, özbək sortu ilboyu ardıcıl olaraq bar vermək xüsusiyyətinə malikdir.

 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA