TƏKLİF: Əlilliklə bağlı komissiya yaradılmalıdır


"Azərbaycanın qələbəsini qəbul etməyən bəzi ünsürlər var və ölkədə müəyyən məsələlərdən istifadə etməyə çalışırlar".
Versus.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üzrə büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Sosial sahədə ictimaiyyət tərəfindən səsləndirilən problemlərdən biri də qazilərin əlillik dərəcəsinin alınması ilə bağlıdır. Biz ictimaiyyət, mətbuat tərəfindən də görürük ki, həmin şəxslər çox az qisimdir. Görürük ki, həmin şəxslər şüşə qırır, özünü yandırır və s. Düşünürəm ki, bu problemlə bağlı komissiya yaradılmalıdır. Həmin şəxslər, mətbuat nümayəndələri və s. səlahiyyətli şəxslər çağırılıb müzakirə aparılmalı, yoxlanılmalıdır ki, bu şəxsə düşür, yoxsa yox. Bundan başqa döyüşənlər yaxşı bilir ki, döyüş zamanı elə xəstəliklər ortaya çıxır ki, onu heç tibb də müəyyənləşdirə bilmir. 18 yaşlı şəxsin yanın da o qədər faciələr yaşanır. Ona görə də həmin şəxslərə bu dərəcənin verilməsi nə böyük işdir ki? Düşünürəm ki, məsələ həll oluna bilər”, -deyə deputat bildirib.
Xəbər lenti

Dünyanın seysmoloji MƏNZƏRƏSİ
Harada güclü zəlzələ olur, harada heç olmur...