Poçtla bağlı qanun TƏSDİQLƏNDİ

18:15 15-11-2023 | icon 286 | Cəmiyyət
Poçtla bağlı qanun TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

 

Bu barədə President.az xəbər verir.

 

Qanunla Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulur.

 

Bu Qanun qüvvəyə mindiyi gündən “Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1725-VQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1911) 1-ci maddəsi ləğv edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA