Deputatdan çağırış: Onların maaşları artırılmalıdır

13:25 21-11-2023 | icon 305 | Siyasət
Deputatdan çağırış: Onların maaşları artırılmalıdır

Milli Məclisdə minatəmizləyən şəxslərin maaşlarına baxılması təklif edilib.

 


Versus.az xəbər verir ki, bu təfliklə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib. 

 

“Onlar hər səhər evdən çıxanda bilmirlər ki, evə qayıda biləcəklər, ya yox. Ona görə də onların maaşlarına yenidən baxılmalıdır”, - o qeyd edib.

 

“Hərbçilər bir yerdən başqa yerə gedir, onlara kirayə üçün verilən məbləğləri artırılmalıdır. Xarici dillər üzrə müəllimlər də rayonlara gedib dərs keçir, onlara verilən kirayə pulu da artırılmalıdır”, - deputat əlavə edib.

 

Komitə sədri uşaq evində böyüyən uşaqlarla bağlı məsələni də gündəmə gətirib.

 

“Başqa məsələ isə uşaq evində böyüyən uşaqlarla bağlıdır. Onlar taleyi həyatın ümidinə qalıb. Hesab edirəm ki, onlarla bağlı məsələyə baxılmalıdır”, - deyə Siyavuş Novruzov bildirib.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA