İmmunoloqdan həyəcan təbili

09:17 15-01-2024 | icon 305 | Sağlamlıq
İmmunoloqdan həyəcan təbili

“X xəstəliyinə” hazırlaşmalıyıq

 

“Dünya ictimaiyyətini ölümcül “X xəstəliyinə” hazırlamaq gələcək pandemiyalarla daha yaxşı mübarizə aparmağa imkan verəcək”.

 

Bunu rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov deyib.

 

Onun sözlərinə görə, gələcəkdə pandemiyaya səbəb ola biləcək bir sıra patogenlər var. Mütəxəssis bildirib ki, onlar mütləq böyük epidemiyaya səbəb olmayacaq, lakin belə potensiala malikdirlər. Mütəxəssislər koronaviruslar, hemorragik qızdırmalar, Zik virusu, Nipah virusu və başqaları kimi patogenlərə nəzarət edirlər.

 

Kryuçkov qeyd edib ki, mütəxəssislər “X xəstəliyinə” ilk yoluxma halını müəyyən etdikdən sonra qısa müddətdə dərman hazırlamaq və istifadə etməyə imkan verəcək mexanizm hazırlamaq istəyirlər.

 

Davosda keçiriləcək beynəlxalq forumda onlar bəşəriyyətin yeni bir pandemiya ilə qarşılaşacağı (və ya qarşılaşdıqda) halda nə etməli olduğunu müzakirə edəcəklər. ÜST əvvəlcədən hesablayır ki, hələ də məlum olmayan xəstəlik koronavirusdan 20 dəfə daha təhlükəli ola bilər. Gələcək pandemiya üçün ən çox ehtimal olunan namizədlər arasında quş qripi, hemorragik qızdırmalar, Zik və Nipah virusları var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI