Uşaq evinin itkin sakini tapıldı

13:48 15-01-2024 | icon 318 | Hadisə
Uşaq evinin itkin sakini tapıldı

“Yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoludan tullanıb qaçıb”

 

Uşaq evindən qaçan 2010-cu il təvəllüdlü Cümşüd Elşad oğlu Ağayev tapılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Xətai rayonu Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən uşaq evinin müdiri Gülnarə Quliyeva məlumat verib.

 

O bildirib ki, uşaq Abşeron rayonundan tapılıb:

 

“Ərazi üzrə polis bölməsi uşağı tapıb. Bizə məlumat verdilər. Müvafiq qaydada polis əməkdaşları tərəfindən uşaq buraya gətiriləcək”.

 

Onun sözlərinə görə, uşaq dünən günorta saatlarında yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoluna girərək pəncərədən qaçıb. G.Quliyeva bildirib ki, uşaq yanvarın 13-də anası tərəfindən uşaq evinə gətirilib:

 

“Elşadın özündən iki yaş böyük bacısı var. Uşaqların atası ortada yoxdur, əvvəl ana baxıb, sonra bibiyə verib. Bacısı artıq bir ildir ki, bizdədir, buraya adaptasiya olub. Ancaq oğlan adaptasiya ola bilmir, qaçır ki, anamı istəyirəm. Biz bibi ilə danışdıq ki, uşaqlar ortada qalmasınlar, aidiyyəti qurum vasitəsilə himayədar ailə proqramına daxil edək. Bibini razı salmışıq”.

 

Gülnarə Quliyeva qeyd edib ki, uşaq nənəsinin yanında olanda da qaçıb:

 

“Bir dəfə də yanvarın 4-də nənəsinin yanında olanda qaçıb. Onu bizim əməkdaşlar tapıb gətiriblər. Əksər hallarda Abşeronda, Xırdalan tərəfdə, ya da metronun “Elmlər Akademiyası” stansiyası tərəfdə tapırıq uşağı. Anasını axtarmaq adı ilə o istiqamətlərə gedir. Uşaq özü pis uşaq deyil. Bacı-qardaş ikisi də yaxşı uşaqdır. Sadəcə, uşaqlara pis təsir edir ki, ailələri, doğmaları ola-ola niyə uşaq evinə qoyulurlar”.

 

Uşağın qaçmasına səbəb yaradan amilləri isə G.Quliyeva belə izah edib:

 

“Bizim bağçanın binası köhnədir. 1970-ci ilin binasıdır. Bağçalara, pəncərələrə barmaqlıqlar vurmağa icazə yoxdur. Binanın quruluşu da elədir ki, pəncərədən düşmək asandır”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI