Namizəd olmaq istədi, amma...

14:55 15-01-2024 | icon 196 | Siyasət
Namizəd olmaq istədi, amma...

Yanvarın 11-də Mərkəzi Seçki Komissiyasına Nəsimi Sadıqov adlı vətəndaşın prezidentliyə namizəd olmaq üçün ünvanladığı məktub daxil olub.

 

Versus.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

 
 


O bildirib ki, poçtdan həmin məktub MSK-ya gec çatıb:

 

"Qanunvericiliyə əsasən, MSK həmin şəxsin namizədliyini qeydə ala bilməz. Vətəndaş həmin məktubu yanvar ayının 1-də də təqdim etdiyini iddia edə bilərdi. Amma o məktub bizə ayın 11-i çatıb. Namizədlərin qeydə alınması müddəti isə yanvarın 8-də bitib. Yəni o məktub bizə 11-i yox, 1-də çatsaydı, biz ona baxıb geri göndərməli idik”.

 

MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, bu sənəd 8-dən əvvəl də daxil olsaydı, vətəndaşa geri dönüş edib lazım olan sənədlər onun diqqətinə çatdırılardı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI