Hikmət Mirzəyevlə bağlı AÇIQLAMA

16:50 15-01-2024 | icon 161 | Siyasət
Hikmət Mirzəyevlə bağlı AÇIQLAMA

"Belə təyinatların tez-tez olmasını gözləməliyik"

 

Ötən həftənin sonu mətbuatın əsas mövzusu Müdafiə Nazirliyində yüksək vəzifələrə təyinatlar olub. Nazirliyin rəsmi məlumatında bildirilir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Ancaq ehtiyata və istefaya göndərilən hərbçilərin adları açıqlanmayıb.

 

Məlum olub ki, müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev və Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov da ehtiyata buraxılıblar.

 

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev isə müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin olunub. 56 yaşlı Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub. O, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edib. Vətən müharibəsinin zamanı Prezident İlham Əliyev ona "general-leytenant" ali hərbi rütbəsi verib. Sonradan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

     

    Yeni təyinat Azərbaycan ordusu üçün nə vəd edir?

     

    Məsələ ilə bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, peşəkar, öz döyüş tərcümeyi-halı ilə hörmət qazanmış zabitlərin irəli çəkilməsi ordunu daha da gücləndirəcək:

     

    “Hikmət Mirzəyev Azərbaycan cəmiyyətinin, silahlı qüvvələrimizin, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğumuza göstərdiyi qayğının yetirməsidir. O və minlərlə digər zabitlərimiz məhz bu mühitdə özlərini peşəkar hərbçi, vətənə bağlı vətəndaşlar kimi göstərə biliblər. Məhz onların qəhrəmanlıqları ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş və dünyada ən güclü ordulardan birinə sahib dövlət kimi tanınıb. İnanıram ki, peşəkar, öz döyüş tərcümeyi-halı ilə hörmət qazanmış zabitlərimizin irəli çəkilməsi ordumuzu daha da gücləndirəcək. Ordumuzun üzərinə düşən vəzifəsini bundan sonra da yerinə yetirməsinə böyük imkanlar yaradacaq. Bu gün Azərbaycan Ordusu ən müasir silahlara malikdir. Peşəkar  zabitlər tərəfindən idarə olunur. Ordunun idarəetmə modeli dünyanın ən müasir ordu quruculuğuna malik türk ordu modeli ilə yenilənir. Orduya qulluq Azərbaycan gəncləri üçün bugün şərəf sayılır. Hesab edirəm ki, Azərbaycan Ordusu qəhrəman əsgərləri, fədakar zabitləri və orduya olan dövlət qayğısı ilə  bundan sonra da dünyanın güclü ordularından biri olacaq”.

     

     

    A.Mirzəzadə yeni təyinat alan zabitlərin göstərilən etimadı doğruldacağına inandığını söyləyib:

     
     

    “Həm general Hikmət Mirzəyevə, eyni zamanda digər yeni təyinat alan zabitlərimizə yeni işlərində uğurlar arzulayıram. Ali Baş Komandanın onlara göstərdiyi yüksək etimadı doğruldacağına, Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında bundan sonra da fədakarlıq  göstərəcəyinə inanıram. Azərbaycan xalqı öz ordusunu sevir, Ordusuna dəstək verir. Xalq-Ordu, xalq-iqtidar birliyi bu gün müstəqilliyimizin möhkəm ayaq üstə durmasına təsir edən ən güclü faktor kimi ortadadır”.

     

     

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər bir üzvü Arzu Nağıyev bildirib ki, mütəmadi olaraq peşəkarların yüksək vəzifələrə təyin edilməsi Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən biridir.

     

    Deputat bu təyinatların dövlətin güc strukturlarında və hərbidə kadr islahatlarının davamlı olaraq aparıldığına, vəzifəsinin öhdəsindən layiqincə gələn peşəkar kadrların irəli çəkildiyinə daha bir nümunə olduğunu vurğulayıb:

     

    “Dövlətimizə, xalqımıza yönəlik istənilən təhdidin qarşısını almaq məqsədilə ölkə rəhbərliyi səviyyəsində daim mühüm qərarlar verilir, bu çərçivədə müxtəlif yeni təyinatlar da baş verir. Peşəkar kadr islahatına hər zaman ehtiyac var. Bu istiqamətdə davamlı proseslər gedir. Müdafiə Nazirliyi sistemində də biz yeni təyinatların olmasını müşahidə edirik. Peşəkarlardan ibarət milli kadr potensialı nə qədər güclü, inkişaf etmiş, müasir texnika və texnologiyalara malik olarsa, bu, ən yüksək səviyyədə effekt verər. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, döyüş ruhunu tənzimləyən, orduda ən yüksək vəzifə və tapşırıqları layiqincə yerinə yetirən ali zabit heyəti üçün də yol açıqdır, onlar daha yüksək vəzifələrə təyinatlar alırlar. Düşünürəm ki, bu istiqamətdə də siyasət uğurla həyata keçirilir. Hər bir təyinatı Ali Baş Komandan çox düşüncəli və yüksək səviyyədə edir. Son təyinat da bir daha onu göstərir ki, Azərbaycan dövlətinə qarşı ola biləcək təhdidin qarşısının alınmasında iştirak edən, qərarlar qəbul edən, xalq və dövlətçilik qarşısında layiqli xidməti olan vəzifəli şəxslər unudulmur, diqqətdən kənarda qalmır. Onların hamısı peşəkar, öz işini bacaran, kollektivi idarə etmək iqtidarında olan zabitlərdir. Əsas hədəf peşəkar zabitlərin bacarıqlarından istifadə edib ordumuzu, müdafiə qüdrətimizi daha da gücləndirməkdir”.

     

    Hərbi ekspert Elxan Şıxaliyev  təyinatların uğurlu olduğunu vurğulayıb:

     

    “Təyinatların uğurlu olduğunu düşünürəm. Quru qoşunları komandanı kimi Xüsusi Təyinatlı Qüvvələrin komandanın təyin olunması silahlı qüvvələrimizin quru qoşunlarında xidmət edən heyətlərinin döyüş hazırlığını yüksək səviyyəyə qaldıracaq. Çünki Vətən müharibəsi qəhrəmanı general-leytnant Hikmət Mirzəyevin şəxsi, eləcə də zabitlik, generallıq xüsusiyyətlərini Azərbaycanda bilməyən yoxdur. Xüsusilə də Quru Qoşunları komandanı təyin olunması çox uğurludur. Avtomatik olaraq o, müdafiə nazirinin müavini statusuna malik olur”.

     

     

    Ekspert tez-tez yeni təyinatların olacağının gözlənildiyini qeyd edib:

     

    “Vəzifədən təxris olunanlar yaşla əlaqədar ehtiyata buraxılırlar. Ən azından operativ, strateji səviyyədə 30-35 il  xidmət keçirmiş zabitlərin ehtiyata buraxılması normal  sayılmalıdır. Çünki gənc nəsil zabit heyəti yetişir. Düşünürəm ki, bütün təyinatlar uğurlu olacaq. Ona görə ki həm 44 günlük Vətən müharibəsində, həm də antiterror tədbirlərində kifayət qədər müharibə və hərbi xidmət təcrübəsi olan zabit və generallarımız var. Bizdə hansısa generalın, komandanın, müdafiə nazirinin vəzifədən çıxarılması və yerinə kimin təyin olunmasında problem yoxdur. Son 20 ildə kadr heyəti elə yetişdi ki, artıq istənilən strateji vəzifədə olan şəxsi əvəzləyəcək kadr potensialımız mövcuddur. Vəzifədən kənarlaşdırılanlar 30-35 il orduda xidmət edib və 20 illik hərbi xidmət müddətini doldurmuş şəxslərdir. Ona görə bu kimi halları nəyləsə bağlamaq düzgün olmaz. Əgər, həqiqətən, bu general və zabitlər hər hansı bir səbəbdən vəzifələrdən çıxarılsaydı, onlara qarşı cinayət işi qaldırılmalıydı. Yaxud buraxdığı səhvlərə görə xüsusi araşdırma olmalıydı. Bundan sonra Azərbaycan ordusunun Türkiyə ordusunun mini modelinə keçidi üzərindən artıq belə vakansiyaların, təyinatların tez-tez olmasını gözləməliyik. Yeni çağırışlar da yaranır. Xüsusilə komandanlar, müdafiə nazirinin müavinliyinə kimlərin təyin olunması mühüm əhəmiyyət kəsb edəcək. Ordumuz dünyanın ən güclüləri içərisində 59-cu yerdə olmasının bir səbəbi də kadr potensialı ilə əlaqədardır”. /Modern.az/

    Xəbər lenti

    InvestAZ

    Ən çox oxunan xəbərlər

    Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

    MMP "Ana harayı" abidəsini ziyarət etdi

    Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

    Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

    Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

    Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

    Xocalı soyqırımından 32 il keçir

    Nazir gənc yazarla görüşüb

    “CineMastercard” təqdim olunur

    "Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

    Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

    Bakı-Quba yolunda avtomobil aşıb

    Rekord sayda BİLET SATIŞI

    Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

    Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK