Boğaz ağrısı – SƏBƏBLƏR ÇOXDUR

14:09 16-01-2024 | icon 391 | Sağlamlıq
Boğaz ağrısı – SƏBƏBLƏR ÇOXDUR

Nərminə Abbasova: “Ağrı quru öskürəklə müşahidə olunur”

 

Boğaz ağrısının səbəbləri müxtəlifdir: udlağın virus və bakteriya mənşəli xəstəlikləri, allergik reaksiyalar, şişlər, hipovitaminoz və sair.

 

Adından da göründüyü kimi Versus.Az-ın budəfəki mövzusu boğaz ağrısıdır. Oxucularımızı məlumatlandıran MayoMed Klinikasının Baş həkimi Nərminə Abbasova bildirdi ki, boğaz ağrısı udlaq və qırtlaq nahiyəsində ağrı hissinin yaranmasıdır. Onun sözlərinə görə, insan udqunduqda və danışdıqda ağrı daha da güclənir.

 

Nərminə xanım boğaz ağrısının səbəblərindən danışarkən xarici faktorlara diqqət çəkib:

 

“Burun-udlaqda yanğı, qırtlaqda yanğı, göynəmə hissinin başlıca səbəbi uzun müddət quru havası olan otaqda dayanmaqdır. Bu zaman selikli qişalar quruyur, tüpürcək ifrazı azalır. Danışdıqda və ya sərt qida qəbul etdikdə ağrı artır. Həmiçinin çirkli hava ilə nəfəs aldıqda boğazda ağrı yaranır. Bu əlamət küçəyə çıxdıqda və ya işə gəldikdə baş verir. Ağrı quru öskürəklə müşahidə olunur.

 

 

Həkim virus xəstəliklərindən bəhs edib. Bildirib ki, boğazda güclü ağrı udlaq və qırtlağın selikli qişasını zədələyən bir çox respirator xəstəliklər üçün xarakterikdir. Onun sözlərinə görə, ağrıya səbəb patogenlərin epitel toxumasına birbaşa və sistemli təsiri, sinir uclarının zədələnməsidir.

 

Həkim bakterial infeksiyalardan söz etdi və bildirdi ki, boğaz ağrısı, udqunmanın ağrı olması anginanın əlaməti kimi meydana çıxa bilər:

 

“Əvvəlcə udlaqda diskomfort və göynəmə yaranır. Bir neçə gündən sonra kəskin ağrı baş verir. Ağrı qulaq, boyun nahiyəyə yayılır. Bəzən xəstələr özləri badamcıqların qızarması və böyüməsini, onların səthində nöqtəvi irinliklərin formalaşmasını görürlər. Simptomlar febril qızdırma, ümumi halsızlıq, artralgiya və mialgiya fonunda gedir.

 

Boğaz ağrısının müalicəsindən danışan Nərminə xanım bildirdi ki, boğaz ağrısını azaltmaq üçün bol maye qəbulu, məsələn isti çay, bitki dəmləmələri məsləhət görülür:

 

 

“Boğazdakı bakterial və virus mənşəli infeksiyalara qarşı ilk növbədə ağız boşluğunu antiseptik təsirli preparatlarla qarqara etməyi məsləhət görürük. Bu tip qarqaralar virus və bakteriyaların selikli qişaya daxil olaraq yuxarı tənəffüs yollarında xəstəlik törətməsinin qarşısını alır. İltihab əleyhinə və yerli anestetik təsir edir, ağız boşluğu və udlaqda qızartı və ağrını aradan qaldırır. Eyni zamanda ağızda həll olan sorma tabletlərdən istifadə də müsbət nəticə verir”.

 

Həkim deyir ki, boğazda ağrı güclü olduqda, qızdırma və halsızlıqla müşayiət edildikdə həkimlə əlaqə saxlanılmalıdır:

 

“Boğaz ağrısının səbəbləri müxtəlifdir. Udlağın virus və bakteriya mənşəli xəstəlikləri, allergik reaksiyalar, şişlər, hipovitaminoz və s. Etioloji amili üzə çıxarmaq üçün tənəffüs yollarının intrumental müayinəsi, rentgenoqrafiya, USM, bakterioloji və seroloji reaksiyalar aparılır. Ağrını aradan qaldırmaq məqsədilə ilıq qələvi maye qəbulu, boğazı yaxalamaq, fizioterapevtik prosedurlar məsləhət görülür”.

 

 

QEYD:

 

Ailə həkimi Nərminə Abbasova boğaz ağrısından əziyyət çəkən hər kəsi MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK