50 mindən çox şəxsə əlillik təyin olunub

14:13 16-01-2024 | icon 236 | Sosial
50 mindən çox şəxsə əlillik təyin olunub

Ötən il DOST mərkəzlərində 702 min şəxsə xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi 98,1% təşkil edib.

 

 

Versus.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

 

O qeyd edib ki, əlilliyi olan şəxslərə dəstək tədbirləri davam etdirilib.

 

 
 

"Hesabat dövründə 50,7 min şəxsə əlillik təyinatı aparılıb, 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib, 91,4 min reabilitasiya vasitəsi təqdim edilib", - nazir müavini bildirib.

 

A.Əliyevin sözlərinə görə, nazirliyin 13 sosial xidmət müəssisəsi tərəfindən həssas əhali qruplarından olan 2900-dək şəxsə sosial xidmət, 6100 şəxsə səyyar sosial-məişət xidməti göstərilib.

 

O söyləyib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 180-dən çox benefisiar 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıq və qabiliyyətlərini inkişaf etdirib: "Ölkənin sosial reyestri olan “e-sosial.az” portalı üzrə istifadəçilərin sayı 1,5 milyona çatıb, hesabat dövründə portal vasitəsi ilə vətəndaşlara 8 milyondan çox xidmət göstərilib. Sosial ödənişlər üzrə 238 min proaktiv təyinat aparılıb, 220 min fərdi hesab açılıb, 400 mindən çox elektron arayış verilib. Ümumilikdə, nazirlik üzrə elektron xidmətlərə 18 milyon müraciət qeydə alınıb. Hədəfimiz DOST mərkəzlərinin ölkə üzrə sayını 17-yə çatdırmaqdır".

 

Nazir müavini onu da əlavə edib ki, həyata keçirilən sosial islahatlar beynəlxalq arenada da yüksək qiymətləndirilib, 2023-cü ildə nazirlik 22 beynəlxalq mükafat və sertifikata layiq görülüb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI