Fransanın Azərbaycanda suya düşən planları

15:29 16-01-2024 | icon 269 | Siyasət
Fransanın Azərbaycanda suya düşən planları

Vüqar Dadaşov: “Fransanın Azərbaycanda ifşa olunmuş cəsus şəbəkəsi ilə çox böyük planları məhv oldu”

 

“Makron hakimiyyəti altında Fransanın anti Azərbaycan siyasəti bütünlüklə onun geosiyasi maraqları ilə bağlıdır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycana qarşı təsir imkanları əldə etmək Fransanın bütün region üzərinə təsir imkanı qazanmağı deməkdir. Bu həm də Fransanın dünyada, xüsusən də Afrikada rüsvayçı halının kompensasiyası kimi, Makron hakimiyəti üçün vacibdir”.

 

Versus.Az xəbər verir ki, bunu hüquqşünas, siyasi ekspert Vüqar Dadaşov Fransa cəsus şəbəkəsinin ifşası, mövcud reallıqla bağlı açıqlamasında bildirib.

 

Ekspert bütün bunlara baxmayaraq Fransanın siyasi istəklərinin onun imkanları ilə uzlaşmadığını bildirib. Qeyd edib ki, Makron zəif rəhbəridir və Fransanın hərbi potensialı müasir dövrün tələblərinə uyğun gəlmir. Və bu gün Fransnın quru adını saxlayan onun BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olması və onun "veto" hüququdur:

 

“Makronun başçılığı ilə Fransanın “Azərbaycan planları”nın məhv edilməsinin sonuncu akordu kimi, cəsus şəbəkəsinin ifşa ediməsi göstərilə bilər. Bu həm də Fransa prezidenti Emanuel Makronun şəxsi məğlubiyəti, zəifliyinin sübutudur. Əlbəttə ki, onun Azərbaycan prezidenti İlham Əliyevələ çəkişməsi, siyasi mübarizəsi ayrı-ayrı siyasi çəki kateqoriyasına aiddir. Fransanın Azərbaycanda cəsus şəbəkəsinin ifşa edilməsi son mərhələ kimi, Azərbaycan xüsusi kəşfiyyat orqanların yüksək peşəkarlığının sübutudur. BMT TŞ-nın üzvü Fransanın Azərbaycan qarşısında aciz və gülünc vəziyyətə düşməsi sözsüz ki, Azərbaycan dövlətinin qüdrətinə bağlı nəticədir. Azərbaycanda Fransanın cəsus şəbəkəsinin ifşası Ermənistandakı mülki misiya adı altında fəaliyyət göstərən, əslində isə xüsusi kəşfiyat orqanlarınına məxsus müşahidə misiyasının da fəaliyyətini əhəmiyyətsiz edib. Heç şübhəsiz ki, Ermənistanda Fransanın mülki misiya adı altında yerləşən xüsusi kəşfiyat nümayəndələri ilə Azərbaycanda ifşa olunan cəsus şəbəkəsi koordinasiyalı hərəkət edib. Bir sıra xarici dövlətlərin cəsus ifşası ilə bağlı geniş məlumatlar tirajlaması, onu sübut edir ki, Fransanın Azərbaycanda ifşa olunmuş cəsus şəbəkəsi ilə çox böyük planları məhv oldu”.

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI