Fransa Azərbaycana qarşı qeyri-leqal vasitələrlə mübarizədədir

15:40 16-01-2024 | icon 272 | Siyasət
Fransa Azərbaycana qarşı qeyri-leqal vasitələrlə mübarizədədir

Cəmaləddin Quliyev: “Cəsus şəbəkəsini ifşa olunması əsl reallığı ortaya çıxarır”

 

“Fransa kimi dünya siyasətini müəyyən edən bir ölkə ilə belə bir qalmaqalın yaşanması Azərbaycan üçün arzuolunmaz idi. Lakin faktlar sübut edir ki, məhz Makron iqtidarı Azərbaycana qarşı qeyri-leqal vasitələrlə mübarizə aparmaqda davam edir. Fransa cəsus şəbəkəsinin aşkar olunmasınn gəldiyi nəticə də bunu təsdiq edir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Cəmaləddin Quliyev Azərbaycanda Fransa cəsus şəbəkəsinin ifşası, həmin şəbəkənin məqsədləri ilə bağlı açıqlamasında bildirib.

 

C.Quliyev mövcud reallığa əsasən bu gün Azərbaycanın müəyyən ölkələrdən gələn bu cür təzyiqlərə qarşı hazır dayanmasının vacibliyini önə çəkib. O, qeyd edib ki, Azərbaycan müvafiq qurumlarının peşəkarlığı sayəsində belə faktların aşkar edilərək cəsus şəbəkəsini ifşa olunması əsl reallığı ortaya çıxarır:

 

“II Qarabağ müharibəsinin gedişində müəyyən xarici nəşrlərdə Fransa xarici təhlükəsizlik baş idarəsinin Azərbaycana qarşı belə bir addımlar planlaşdırılması haqqında məlumatlar gedirdi. Həmin məlumatlarda bildirilirdi ki, təxminən 600 nəfərlik xüsusi bir qrup yaradılıb və məqsəd təxribat, o cümlədən informasiya təxribatları vasitəsi ilə mühacirlər, ölkə əhalisi arasında sosial gərginlik yaratmağa nail olmaqdır. O zaman bunu media savaşlaının tərkib hisssi kimi də qəbul etmək olardı, amma sonra cərəyan edən hadisələr, o cümlədən cəsus şəbəkəsinin ifşa olunması göstərdi ki, o informasiyalara daha ciddi yanaşmaq lazımdır. O addımların qarşısı zamanında alınır. O informasiyalarda göstərilirdi ki, erməni əsilli Fransa vətəndşlarından ibarət silahlı qruplaşmaların yaradılmasına təşəbbüs göstərilə və “ASALA” və digər bu tipli təşkilatların fəallaşmasına cəhd edilə bilər. 2020-ci ildə bir qrup Fransız sağçısı Mark Valmenierin lider olduğu “Zouaves Paris” adlı terror qruplaşmasının ermənilər tərəfində döyüşməsi haqqında da məlumatlar yayıldı. 2021-ci ilin noyabrında BBC bu mövzu ilə bağlı maraqlı reportaj yayımlamışdı. Reportajda deyilirdi ki, Fransa prezident seçkiləri kampaniyası çərçivəsində yazıçı Erik Zemmurun namizədliyini rəsmən elan etdiyi ilk mitinqdə “İrqçiliyə yox” yazılmış köynəklərlə etiraz edən “SOS Racisme” qrupuna qarşı ifrat sağçı “Zouaves Paris” üzvləri tərəfindən zorakılıq tətbiq edilib. Hücum görüntülərində şəxsiyyəti müəyyən edilən “Zouaves” təşkilatının lideri, Mark de Valmenier Paris polisi tərəfindən saxlanılıb.

İfrat sağçı lider, varlı ailədən olan M.Valmenier Qarabağda Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə də iştirak edib. 2020-ci ilin payızında işğal olunmuş ərazilərimizdə Azərbaycana qarşı müharibəyə qatılan ifrat sağçı yaraqlı öz İnstaqram hesabında “Xristian ermənilərlə müsəlman azərilərə qarşı döyüşəcəyini” açıqlamışdı. Fransada terror qruplaşması kimi tanımağa məcbur olduqları “Zouaves”lər üçün bu müharibə onların müsəlmanlara qarşı mübarizəsinin sübutu idi. Bəlli oldu ki, onlar sadəcə şüarlar səsləndirmirlər, müsəlman ölkələrinə, o cümlədən Azərbaycana qarşı real addımlar atırlar”.

 

C.Quliyev hesab edir ki, Azərbaycanın son dövrlər Qoşulmama Hərəkatı çərçivəsində müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə dəstək ifadə etməsi, eləcə də Bakı Təşəbbüs qrupunun yaradılması bu cür təxribatçı meyillərinin artmasını gücləndirə bilər:

 

"Fransanın çirkin niyyətləri həm də Azərbaycanın II Qarabağdan sonra regionda, dünyada nüfuzunun artmasına, neokonolializmə qarşı mübarizənin ön cərgələrə çıxmasına verilən qıcıq, reaksiyadır. Bu həm də bizim gücümüzün etirafıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI