"Fransa qlobal iddiaya malikdir"

15:47 16-01-2024 | icon 161 | Siyasət
"Fransa qlobal iddiaya malikdir"

Sülhəddin Əkbər: “Fransa Azərbaycanda da çox aktiv və aqresiv kəşfiyyat siyasəti aparır”

 

“Fransa qlobal iddiası olduğuna görə bütün dünyada, xüsusən də xüsusi maraqları olan regionlarda, o cümlədən göründüyü kimi Cənubi Qafqazda xüsusi maraqları var. Fransa bu regionlarda kəşfiyyata xüsusi əhəmiyyət verir və xüsusi maraqları olan ölkələrdə aktiv və aqressiv kəşfiyyat fəaliyyəti aparır”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Sülhəddin Əkbər Fransanın cəsus səbəkəsinin ifşa olunmasının ortaya çıxardığı reallıqlar, eləcə də cəsus fəaliyyətin arxasında dayanan məqsədlərlə bağlı açıqlamasında bildirib.

 

S.Əkbər qeyd edib ki, müasir dünyada siyasət və onun davamı olan müharibələr hərtərəfli xarakter daşıdığı üçün bu, getdikcə kəşfiyyatın önəmini artırır. Bu baxımdan bütün dövlətlər, xüsusən ciddi böyük dövlətlər kəşfiyyata xüsusi önəm verməyə başlayıb. Onun fikrincə, Fransa da mperiya keçmişi olan, hazırda imperiya siyasətini davam etdirən bir ölkə kimi kəşfiyyata xüsusi önəm verən dövlətlərdən biridir.

 

S.Əkbər Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü və nüvə dövləti olduğunu xatırladaraq, bu ölkənin qlobal iddiaya malik olduğunu önə çəkib:

 

“İkinci Qarabağ savaşından sonra Fransanın regiona, xüsusə Azərbaycana, eyni zamanda Ermənistana yönəlik siyasəti daha da aqresivləşib, aktivləşib. Ermənistanda olduğu kimi Azərbaycanda da çox aktiv və aqresiv kəşfiyyat siyasəti aparır. Bu kəşfiyat siyasətinin üç əsas istiqaməti var - kəşfiyyat informasiya, kəşfiyyat təxribat və kəşfiyyat əməliyyat. Hələlik Fransanın Azərbaycanda kəşfiyyat informasiya fəaliyyətinə üstünlük verdiyini görməkdəyik. Amma bu o demək deyil ki, gələcəkdə kəşfiyyat təxribat, yaxud kəşfiyyat əməliyyatı fəaliyyatı olmayacaq, yaxud Azərbaycana qarşı kəşfiyyat müharibəsi aparmayacaq. O baxımdan Azərbaycan bütün bu sadaladıqlarımı nəzərə almalıdır. Üstəlik Azərbaycan dünyanın həssas geopolitik bir mövqeyində, coğrafiyasında yer tutduğunu da nəzərə almalıdır”.

 

S.Əkbər bildirib ki, Azərbaycan Avrasiyanın üç ən mühüm, ən mürəkkəb geopolitik, geostrateji, geoekanomik, geokultral coğrafiyasından birində yerləşir. O baxımdan hesab edir ki, dünyada yeni dünya nizamının getdiyi və bu prosesin həlledici mərhələyə daxil edilməsi, onunla bağlı geopolitik savaşların getdiyi, bu savaşların strateji önəm daşıdığını nəzərə almalıyıq:

 

“Azərbaycan nəzərə almalıdır ki, müharibə hələ bitməyib, irəlidə hələ müharibəyə səbəb olacaq başqa müharibə səbəbləri ortaya çıxa bilər. Burda mən Zəngəzur dəhlizi ilə bağlı məsələni, 8 kəndimizin hələlik işğal altında olmasını, delimitasiya, demorkasiyanın getməməyini, İran məsələsinin kəskin şəkildə dünya gündəminə gəlməsini və bununla bağlı Azərbaycan məsələsinin gündəmə gəlməsini nəzərdə tuturam. Bir sözlə, bütün bu sadaladığım və hələlik sadalaya bilmədiyim səbəblərdən Azərbaycan ortaya çıxan bütün reallıqların hamısını nəzərə almalıdır, kəşfiyyata önəm verməlidir, xüsusən preventiv preventiv xarici siyasət, müdafiə və təhlükəsizlik geosiyasəti aparmaq istəyirsə, kəşfiyyata öncəlik verməlidir, bütün bu reallıqların hamısını nəzərə almalıdır”.

 

Fransanın bu cəsus fəaliyyətinin arxasında duran məqsədlərə gəlincə, S.Əkbər qeyd edib ki, məqsədlər eynidir:


“Fransanın Azərbaycana, xüsusən də regiona yönəlik siyasəti üçün ilk növbədə kəşfiyyat informasiyasının toplanması Fransanın regional siyasətinə, xüsusən Azərbaycana yönəlik siyasətinə kəşfiyyat informasiya dəstəyinin verilməsidir”.

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK