"Fransa Azərbaycanın əldə etdiyi məlumatlardan ciddi narahatdır"

16:06 16-01-2024 | icon 170 | Siyasət
"Fransa Azərbaycanın əldə etdiyi məlumatlardan ciddi narahatdır"

Rəşad Bayramov: “Xüsusi xidmət orqanlarımız Fransanın mühüm bir kəşfiyyat şəbəkəsini çökdürdü”

 

“Fransa hər zaman Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Azərbaycan-Ermənistan arasında gərginlikdən istifadə etməyə cəhdlər edib. Xüsusən Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi konfiqurasiyada öz yerini tutmağa çalışır və bu məqsədlə Ermənistandan alət olaraq istifadə edir”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Fransanın cəsus səbəkəsinin ifşası, cəsus fəaliyyətin arxasında dayanan məqsədlərlə bağlı açıqlamasında bildirib.

 

Politoloq hesab edir ki, Makronun, eləcə də digər Fransa rəsmilərinin Qarabağ məsələsində qərəzli mövqe tutmaları, rəsmi Bakıya qarşı uydurma ittihamlarla çıxış etmələrinin arxasında da məhz bu məqam dayanır:

 

“BMT Təhlükəsizlik Şurasında və eləcə Avropa İttifaqında Azərbaycana qarşı yönəlmiş qətnamələr qəbul etdirmək cəhdlərindəki uğursuzluq, eləcə də Azərbaycan qarşı təzyiqlərin fayda verməməsi Fransanı diplomatiya pərdəsi altında hərbi-kəşfiyyat metodlarına əl atmağa vadar edib”.

 

Politoloq Fransanın Azərbaycanın əldə etdiyi məlumatlardan ciddi narahat olduğunu qeyd edib:

 

“Çünki ələ keçirilən materialların məxfilik dərəcəsi hələlik bəlli deyil. Lakin reallıq budur ki, Azərbaycan xüsusi xidmət orqanları Fransa xüsusi xidmət orqanlarının mühüm bir kəşfiyyat şəbəkəsini çökdürdü. Bu, Fransa kəşfiyyatının son illərdə uğradığı ən böyük uğursuzluq olmaqla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarının da növbəti peşəkar qələbəsidir. Təsadüfi deyil ki, Qərb mediası Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad etməsini məhz Azərbaycan xüsusi xidmət orqanlarının bu uğurlu əməliyyatı ilə əlaqələndirib”.

 

R.Bayramov qeyd edib ki, Azərbaycan regionun söz sahibi ölkəsi olduğundan kənar oyunçular və xüsusilə də öz maraqlarını təmin etmək üçün bizi hədəf olaraq seçirlər. Amma Fransanın nə edəcəyindən asılı olmayaraq onların Cənubi Qafqazda təmsil olunmaq kimi istəkləri uğursuzluğa məhkumdur.

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

Partiya sədri naziri QINADI

AZAL-dan xüsusi TƏKLİF

“Ey vətən” layihəsi təqdim edildi

Şəhidin ordeni övladına verildi

“Fransa bir diasporanın girovuna çevrilib”

Bu universitetdə məcburi hicab qaydaları SƏRTLƏŞDİRİLİB

Naxçıvan məktəblərində təhlükə

“Kamal Talıbzadə və Səməd Vurğun” - Ədəbi-bədii gecə

“Bakı Marafonu 2024”ə qeydiyyat BAŞLAYIR

Fransa kəşfiyyatına qarşı əməliyyat - TUTULDULAR

1000-dən çox şəxsin diplomu tanınmayıb

Peşə təhsili alanların NƏZƏRİNƏ

Osqud-Şlyatter xəstəliyindən əziyyət çəkənlərin DİQQƏTİNƏ