Milli qəhrəmanın ANIM GÜNÜ

18:23 16-01-2024 | icon 373 | Şəhidlər və şahidlər
Milli qəhrəmanın ANIM GÜNÜ

Tərtər rayonunda Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun anım günü keçirilib. Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, şəhid ailələri, qazilər və qəhrəmanın ailə üzvləri iştirak ediblər.

 

Versus.Az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, qəhrəmanın büstü önünə tər gül dəstələri qoyublar.

 

Tədbir iştirakçılarına öncə onun həyat və döyüş yolu haqqında məlumat verilib.

 

Qeyd olunub ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb. Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub.

 

Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

 

Daha sonra Tərtər Olimpiya İdman Kompleksində idman məşqçısi Şamxal Rəfizadənin təşəbbüsü və təşkilatçılığı ilə təsis olunan Milli Qəhrəman Elman Hüseynovun adına idman klubunun rəsmi açılış mərasimi keçirilib. Klubun rəhbəri Şamxal Rəfizadə qeyd edib ki, yeniyetmə və gənclər üçün nəzərdə tutulan bu idman klubu Tərtər rayonunda gələcək gəncliyin sağlam inkişafını təmin edəcək layihələrdən biridir. Milli Qəhrəmanımızın adını daşıyan idman klubu bu baxımdan gənclər üçün bir fürsət olacaq.

 

Tədbirdə iştirak edənlər qeyd ediblər ki, Klubun gələcək fəaliyyətinin yeniyetmə və gənclərin narkomaniya, zərərli vərdişlərdən uzaqlaşması və sağlam həyat tərzinə yönəldilməsi baxımından stimul verici olacaq. İnanırıq ki, Milli Qəhrəman Elman Hüseynovun adını daşıyan İdman klubu gələcəkdə Azərbaycan İdmanına öz töhfəsini verəcəkdir. Mərasim çərçivəsində İdman klubunun gənc üzvlərinin iştirakı ilə idman hərəkətləri nümayiş olunub.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK