Yumurta ilə mükəmməl davranış

09:28 17-01-2024 | icon 324 | Maraqlı
Yumurta ilə mükəmməl davranış

“Tesla”nın insanabənzər robotu “Optimus” köynək qatlamağı öyrənib.

 

Bu barədə “Tesla” şirkətinin sahibi, amerikalı biznesmen İlon Mask video paylaşıb.

 

Bildirilir ki, “Optimus”un hazırda göstərilən imkanları, süni intellektindən daha çox onun funksionallığını nümayiş etdirmək üçün əvvəlcədən proqramlaşdırılmış hərəkətlərdir.

 

Bundan əvvəl şirkətdən bildirilmişdi ki, humanoid robotun ən çətin hissələrindən biri qollarıdır. Onlar əhəmiyyətli yükləri daşımaq üçün kifayət qədər güclü, lakin kövrək obyektləri idarə etmək üçün kifayət qədər dəqiq olmalıdırlar. Bundan əvvəlki videoda “Optimus”un yumurta ilə mükəmməl davranışı nümayiş olunmuşdu.

 

Şirkət qeyd edib ki, tezliklə robotdan öz istehsalat əməliyyatlarında istifadə etməyə başlamağı planlaşdırır. Humanoid faydalı olduğunu sübut etdikdən sonra “Tesla” onun satışına başlayacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI