Təhsil haqları ARTIRILIR

15:21 17-01-2024 | icon 324 | Təhsil
Təhsil haqları ARTIRILIR

Son günlər sosial şəbəkələrdə yayılan məlumatlar tələbələri və onların valideynlərini narahat edib. Belə ki, sosial şəbəkələrdə təhsil haqlarının artırılacağı ilə bağlı iddialar dolaşır.

 

İddialara görə, həm yeni qəbul olan tələbələrin, həm də əvvəlki illərin tələbələrinin illik təhsil haqları artırılacaq. Bununla bağlı müxtəlif universitetlərdə hazırlıq işlərinə başlanılıb. Artımların həm özəl, həm dövlət universitetlərində olacağı bildirilir.

 

Məsələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Qeyd edək ki, ötən il Azərbaycan universitetlərinə qəbul olan 24 mindən çox tələbə ödənişli əsaslarla təhsil alır. Hər il qəbul olan şəxslərin təxminən yarısı bu kateqoriyadan olan tələbələrə aiddir.

 

Təhsil haqlarının artırılması həqiqətən gözlənilirmi? Əgər artım olacaqsa, bunun səbəbi necə izah edilə bilər?

 

Məsələ ilə bağlı danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təhsil haqlarının qalxacağı ilə bağlı rəsmi məlumat yoxdur:

 

“Hələ ki, bu məlumat rəsmi formada təsdiqlənməyib. Ola bilsin ki, belə fikirlər mövcuddur və müzakirə olunur. Məndə olan məlumata əsasən, rəsmi formada belə bir məsələ yoxdur. Bəzən ali təhsil müəssisələri illik təhsil haqqının az olmasından, valideyn və tələbələr isə əksinə təhsil haqlarının yüksək olmasından şikayətlənir. Hesab edirəm ki, ən vacib məsələ təhsilin keyfiyyətinin artırılmasıdır. Təəssüf ki, illərdir təhsil haqları artsa da, təhsilin keyfiyyət  və məzmunun yüksəlişini görmürük. Bəzi təhsil müəssisələrində təhsilin  səviyyəsinin daha da aşağı düşdüyünü müşahidə edirik. Burada ən mühüm və vacib məsələ keyfiyyət və məzmunun artırılmasıdır.  Hazırda təhsil haqları normaldır və əhalinin də imkanlarına uyğundur”.

 

 

Deputat təhsil haqlarının artırılmasının valideynlər üçün çətinlik yarada biləcəyini vurğulayıb:

 
 

 

“Təhsil haqlarının həddindən artıq qaldırılması vətəndaşlar üçün müəyyən çətinliklər yaradıla bilər. Əgər təhsil haqları qaldırılacaqsa, bunun səbəbləri,  niyə zəruri olması barədə insanlara məlumat verilməlidir ki,  əsas hədəf və məqsəd bilinsin”.

 

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova hazırkı vəziyyətdə təhsil haqlarının artırılacağını düşünmədiyini bildirib:

 

"Təhsil haqlarının artırılması ilə bağlı hər hasnı bir məlumat yoxdur. Sadəcə müqayisə üçün deyirəm ki, Azərbaycanda təhsil haqları, digər ölkələrə nəzərən çox aşağıdır. Lakin bu, həm də sosial statusa, maaşa, orta aylıq əməkhaqqına, eyni zamanda insanların yaşayışına nəzərən belədir. Özəl məktəb və universitetlərdə qiymət özləri tərəfindən ozel universitetler bu meblegi ozleri tenzimleyir. Eyni zamanda mən düşünürəm ki, xaricdəki kimi, Azərbaycanda çoxlu təhsilə dəstək göstərən fondlar olsa, qurumlar, özəl şirkətlər təhsilin inkişafına dəstək olsalar yaxşı olar. Əsas məsələ təhsilin keyfiyyətidir. Biz təhsili hansı keyfiyyətdə təqdim edirik? Əgər təhsilin keyfiyyəti yüksək olsa və onunla əmək bazarında yüksək maaşla iş əldə etmək mümkün olsa, məncə valideynlər təhsil haqqına pul ödəməyə hazır olarlar. İndiki dövrdə düşünmürəm ki, bu hadisə baş versin. Açığı bunu ciddi dilə gətirmək lazımdır ki, Azərbaycanda bir-iki universitet istisna olmaqla digər universtetlərdəki təhsillərdə müəyyən problemlər var. düzdür, dəyişikliklər gedir, ali təhsil müəssisələri ilə bağlı islahatlar davam edəcək. Lakin hazırda qiymətlərin artırılacağını düşünmürəm".

 

Təhsil eksperti Kamran Əsədov isə təhsil haqlarının müəyyən məbləğdə artırılmasının ehtimal edildiyini söyləyib:

 

“Hazırda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Onlardan 110 mindən çoxunun təhsili ödənişli əsaslarladır. Bakıdakı ali məktəblərdə ən ucuz ali təhsil haqqı 1500 manatdır. Buna misal kimi Azərbaycan Dillər Universitetini göstərmək olar. Bir çox universitetlərdə isə məbləğ 2500-3000 manatdır. Maksimum ali təhsil haqqı isə ADA Universitetindədir və 6500 manatdır. Xəzər Universitetində isə bu məbləğ 5000 manatdır. Bakı Dövlət Universitetinin hüquq fakültəsi, Tibb Universitetinin tibb ixtisaslarının 4000-4500 manat ətrafında olan ixtisaslardır. Məlumdur ki, hər il inflyasiya səbəbindən müəyyən qədər xidmət sektorlarında qiymət artımları ola bilər və baş verir. Əlbəttə, ali təhsil müəssisələri enerji daşıyıcılarının qiyməti artdığına görə xidmət sahəsində çalışanların əməkhaqqının qalxması xərcləri çoxaldır. Ona görə də bu il ali məktəblərin təhsil haqlarının 100-200 manat həcmində artması ehtimalı var. Bu, müzakirə predmetidir”.

 

 

Kamran Əsədov təhsil haqlarının artırılmasının tələbələrə ciddi təsirinin olmağacağını deyib:

 

“Plan yerlərinin 51 faizi ödənişsizdir. Məsələn 1-ci qrupda 17 minə yaxın plan yeri ödənişsizdir.  Bu, ixtisas qrupunda çox az sayda ödənişli plan yerlər var. Blok imtahanlarını uğurla başa vuran 10 nəfərdən 8-i pulsuza qəbul ola biləcək. Ümumilikdə isə 10 nəfərdən 6-sı pulsuz ixtisaslara qəbul ola bilir. 3-cü qrupdakı bəzi ixtisaslar, məsələn Beynəlxalq münasibətlər və Regionşünaslıq kimi ixtisaslara 300 bal ətrafında bal toplandığı halda ödənişsiz qəbul olmaq mümkün olacaq. Təbii ki, hüquq ixtisasını 600 bal civarında baş toplayanlar ödənişsiz daxil ola biləcək. Ödənişli o şəxslər təhsil alır ki, onların bilik və bacarıqları digərləri ilə müqayisədə çox aşağıdır. 4-cü ixtisas qrupunda 150 balla, birinci ixtisas qrupunda 198, hətta 175 balla ödənişsiz ixtisaslara qəbul olmaq mümkündür. Ona görə də  təhsil haqlarının artması tələbələrə ciddi təsir göstərməyəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK