Lənkəranlı gənc ilk dəfə seçkilərdə iştirak edəcək
Lənkəranlı ictimai fəal gənc 7 fevral 2024 il tarixində keçirilən növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək.
Versus.Az xəbər verir ki, ictmai fəal gənc Allahverən Pərvizoğlu ilk dəfə seçkilərdə iştirak etdiyinə görə həm həyəcanlı, həm də qürurlu və sevincli olduğunu deyir.
Qeyd edək ki, A.Pərvizoğlu Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecin vokal sənəti (xanəndəlik) ixtisası üzrə 3-kurs tələbəsi, 3 dəfə respublika mahnı müsabiqəsinin qalibi, ilk dəfə seçkidə səsvermə hüququnu qazanmış bir gəncdir.
"Çox həyacanlıyam. Ölkəmizdə keçirilən 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində qalib ölkənin gənci iştirak edib Azərbaycanımızın laiqli namizədinə səs verəcəm. Yaşasın Azərbaycan. Yaşasın Ali Baş Komandan" deyə A.Pərvizoğlu qeyd edib.
Versus.Az
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...