Bu yarışlar Azərbaycanda da keçiriləcək

14:34 18-01-2024 | icon 537 | İdman
Bu yarışlar Azərbaycanda da keçiriləcək

“Şahdağ” Turizm Mərkəzinə Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən homoloqasiya (yoxlanışdan keçmə) sertifikatı təqdim edilib.

 

Bu barədə Qış İdman Növləri Federasiyasından məlumat verilib. Bildirilib ki, “Şahdağ” Turizm Mərkəzində aparılan yamacların homoloqasiya prosesi başa çatıb.

 

Prosedurlar FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilib.

 

Sertifikata əsasən “Şahdağ” Turizm Mərkəzinə Dağ Xizəyinin slalom, giqant slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilir.

 

Eyni zamanda, “Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışların keçirilməsi üçün Beynəlxalq Xizək Federasiyasının yarış təqviminə əlavə edilməsi imkanı yaradır.

 

Qeyd edək ki, homoloqasiya xizək və snoubord üzrə idmançıların ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların homoloqasiyadan keçirilməsi vacib amil olaraq qəbul edilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI