Lavrov Paşinyanın bəyanatlarını AŞAĞILADI

15:02 18-01-2024 | icon 325 | Siyasət
Lavrov Paşinyanın bəyanatlarını AŞAĞILADI

“Nikol Paşinyanın bəyanatlarında məntiq görmədim”

 

“Ermənistandan keçməklə Azərbaycanla Naxçıvanı birləşdirən marşrutun bərpasının alternativi yoxdur”.

 

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə ölkə diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

XİN rəhbərinin sözlərinə görə, o, Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarında məntiq görməyib:

 

“Ermənistanın baş naziri Paşinyan çıxışında Zəngəzur dəhlizinin qəti əleyhinə olduğunu bildirib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatında (10 noyabr 2020-ci il) bildirilir ki, regionda bütün kommunikasiyalar açılmalıdır. Ermənistan tərəfi isə Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın açılmasını öhdəsinə götürüb və razılaşmaya əsasən, nəqliyyat əlaqələrinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd qoşunları təmin etməlidir. Açığı, Ermənistan ərazisindən tranzit üçün Paşinyanın Azərbaycandan Naxçıvana İran ərazisindən tranzit üçün istifadə olunacaq eyni şərtləri istəməsi ilə bağlı dediyində mən heç bir məntiq görmədim. Bu marşrutları müqayisə etmək yersizdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI