18 qanunda 174 maddə üzrə 223 adda terminoloji dəyişiklik

17:05 18-01-2024 | icon 1399 | KİV
18 qanunda 174 maddə üzrə 223 adda terminoloji dəyişiklik

Adil Vəliyev: "“Media haqqında” qanuna dəyişiklikdə bunlar əvəzlənəcək...”

 

“Kütləvi informasiya vasitələri” sözləri “media” sözü, “veriliş” sözü “proqram” və ya “yayım” sözləri, “teleradio verilişləri təşkilatları” sözləri isə “televiziya və radio yayımçıları” sözləri ilə əvəzlənir”.

 

Milli Məclisdən verilən məlumata görə bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclasda “Media haqqında” 2021-ci il 30 dekabr tarixli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.

 

A.Vəliyev bildirib ki, qanun layihəsi “Media haqqında” Qanuna uyğunlaşdırma məqsədilə 18 qanunda 174 maddə üzrə 223 adda terminoloji dəyişikliyi özündə ehtiva edir.

 

Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI