“20 Yanvar hadisələri milli kimliyimizin yaranmasına böyük təsir göstərdi”

13:00 19-01-2024 | icon 337 | Siyasət
“20 Yanvar hadisələri milli kimliyimizin yaranmasına böyük təsir göstərdi”

Kamilə Əliyeva: "Azərbaycanın azadlığı uğrunda canını qurban etmiş insanları unutmayacağıq"

 

“1990-ci il 20 yanvar tarixi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqbal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva 20 Yanvar faciəsinin anım günü ilə bağlı açıqlamasında bildirib.

 

K.Əliyeva xalqımızın hər zaman müstəqil, azad dövlət qurmaq uğrunda mübarizə apardığını önə çəkib. Xalqın müqəddəs amal uğrunda həmişə bir olub, müstəqil dövlət qurmaq, azad yaşamaq uğrunda qurbanlar, şəhidlər verdiyini, ancaq müstəmləkəyə, köləliyə boyun əymədiyini vurğulayan deputat, bir daha həmin tarixin acı səhifələrinə diqqət çəkib:

 

“1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olanlar xalqın maraqlarına zidd hərəkətlərə yol verdiyinə və köləlik siyasəti yeritdiklərinə görə onların istefasını tələb edən, eləcə də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz etdiyinə görə o zamankı SSRİ rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq qərarına gəldi. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi və digər güc strukturlarının hərbiçiləri Bakıya və respublikamızın digər rayonlarına yeridildi. Fövqəladə Vəziyyət elan edilməsi barədə xalqa xəbərdarlıq edilmədi. Dinc əhali ağır hərbi texnikalardan və avtomatlardan atəşə tutularaq qətlə yetirildi. Fövqəladə Vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbiçilər 82 nəfəri amansızlıqla qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə Vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakıda daha 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə Vəziyyətin elan olunmadığı Neftçala rayonunda və Lənkəran şəhərində də dinc əhali öldürüldü. Azərbaycana göndərilən müdafiə nazirliyinin tərkibindəki hərbiçilərin əksəriyyəti erməni əsgər və zabitlərdən təşkil olunmuşdur. Hərbiçilər Bakını zəbt etmək məqsədilə yanvarın 19-u saat 21:00 radələrindən müxtəlif istiqamətlərdən ağır hərbi texnikaları şəhər üzərinə yeritdi. Bu əməliyyatlar SSRİ Müdafiə Naziri Dmitri Yazov, SSRİ Daxili İşlər Naziri Vadim Bakatin, SSRİ DTK sədr müavini Filip Bobkov tərəfindən həyata keçirilmişdir. Yanvarın 20-də Bakı şəhəri və digər rayonlarımıza ordu yeridilməsi və dinc əhalinin amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı yönəlmiş bir cinayət idi. Gözünü qan tutmuş sovet əsgərləri qocaları, qadınları, uşaqları belə qətlə yetirdilər”.

 

K.Əliyeva bildirib ki, Sovet Ordusunun Azərbaycanda törətdiyi 20 Yanvar qətliamı dünyanın ən qatı cinayətlərindən biri idi:


“Dünyada sülhün, xalqların təhlükəsizliyinin müdafiəçisi kimi qələmə verilən Sovet Ordusu öz ölkəsinin dinc əhalisinə divan tutmaqla, qətlə yetirməklə əslində SSRİ rəhbərliyinin də, onun ordusunun da qatil olduqlarını sübuta yetirmiş oldular.

Dəhşətli faktlardan biri də o oldu ki, 1990-ci ilin 20 iyul tarixində SSRİ Baş Prokurorluğu hərbiçilərin hərəkətlərində cinayət tərkibinin olmaması barədə qərar çıxartdı.

Qanlı Yanvar hadisələri azərbaycanlıların milli kimliyinin yaranmasına böyük təsir göstərdi, xalq müstəqil dövlət qurulması tələbi ilə ayağa qalxdı. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, Azərbaycan Kommunist Partiyası Bakı şəhər Komitəsinin birinci katibi bu qırğınların qarşısının alınmasında heç bir tədbir görmədilər. O vaxtkı bəzi rəhbər şəxslər xalqa ekstremist damğası vurmaqdan belə çəkinmədilər.
20 yanvar hadisələrindən sonra xalqımız daha bir acı gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı, siyasi alət kimi istifadə edən AXC-nin iç üzü açıldı. 20 yanvar hadisələrinə siyasi qiymət verilməsi barədə dəfələrlə çıxış edən AXC hakimiyyətə gəldikdən sonra özlərində cürət tapıb bu qanlı faciəyə siyasi qiymət verilməsinə cəhd belə göstərmədilər.

Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən şəxs ulu öndər Heydər Əliyev oldu. Bütün qadağalara baxmayaraq, öz həyatını təhlükəyə atan ulu öndər Heydər Əliyev övladı İlham Əliyev ilə birlikdə 1990-ci il yanvarın 21-də Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarının kim olduğunu dünya ictimaiyyətinə çatdırdı və onları ittiham etdi. Ulu öndər Heydər Əliyev Bakıya qoşun yeridən SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi və bunu təcavüz adlandırdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-ci il tarixli qərar qəbul etdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu il mart ayının 29-da Milli Məclisdə "1990-ci il yanvarın 20-də Bakıda törədilmiş faciələr haqqında" Qərar qəbul edildi”.

 

K.Əliyeva Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edildiyini qeyd edib:


“Ümummilli lider Heydər Əliyevin yolunu davam etdirən Prezident cənab İlham Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin uca tutulması və şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət yetirir. Prezident cənab İlham Əliyevin 19.01.2006-ci il tarixli "20 Yanvar Şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədi ilə təqaüd təsis edilmişdir. Ölkə başçımızın fərmanlarına əsasən bu təqaüdlərin miqdarı mütəmadi olaraq artırılır. Prezident cənab İlham Əliyevin Fərmanına əsasən 20 yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 600 manata çatdırılmışdır.
Azərbaycan dövləti və xalqı Azərbaycanın azadlığı uğrunda öz canını qurban etmiş insanları heç vaxt unutmayacaq”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

Partiya sədri naziri QINADI

AZAL-dan xüsusi TƏKLİF

“Ey vətən” layihəsi təqdim edildi

Şəhidin ordeni övladına verildi

“Fransa bir diasporanın girovuna çevrilib”

Bu universitetdə məcburi hicab qaydaları SƏRTLƏŞDİRİLİB

Naxçıvan məktəblərində təhlükə

“Kamal Talıbzadə və Səməd Vurğun” - Ədəbi-bədii gecə

“Bakı Marafonu 2024”ə qeydiyyat BAŞLAYIR

Fransa kəşfiyyatına qarşı əməliyyat - TUTULDULAR

1000-dən çox şəxsin diplomu tanınmayıb

Peşə təhsili alanların NƏZƏRİNƏ

Osqud-Şlyatter xəstəliyindən əziyyət çəkənlərin DİQQƏTİNƏ