“Dərsliklər elektronlaşsın” - TƏKLİF

14:19 19-01-2024 | icon 326 | Siyasət
“Dərsliklər elektronlaşsın” - TƏKLİF

“Orta məktəblər üçün nəzərdə tutulan bütün dərsliklər elektronlaşdırılmalıdır. Hesab edirəm ki, problemdən ən doğru çıxış yolu budur”.

 

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov orta məktəblərdə dərsliklərin iki nüsxə çap olunması ilə bağlı təklifə münasibət bildirərkən deyib.

 

Deputatın sözlərinə görə, bu təklifi verənlər nəzərə almalıdırlar ki, hər bir kitabın çap olunması dövlət üçün böyük vəsait hesabına başa gəlir:

 

“Dövlət hansısa kitabı çap etmək üçün böyük məbləğdə vəsait sərf edir. Hər dərslikdən iki nüsxə çap olunması milyonlarla dərsliyin və dərs vəsaitlərinin çap olunmasıdır. Eyni zamanda bu dövlət büdcəsindən bu sahəyə kifayət qədər vəsaitin ayrılmasıdır”.

 

Ceyhun Məmmədov təhsil sahəsində kifayət qədər xərclərin olduğunu qeyd edib:

 

“Bu mənada belə bir addımın atılmasına zərurət görmürəm. Düşünürəm ki, biz nə edə bilərik? Atacağımız addım o ola bilər ki, dərsliklər elektronlaşdırılsın və onlardan elektron qaydada istifadə olunsun. Söhbət gələcəkdə bu istiqamətdə birgə addımların atılmasından gedir. Buna görə təklif edirəm ki, bütün dərsliklər elektronlaşdırılsın. Bu gün dünyanın əksər ölkələrində bu üsuldan istifadə olunur. Onda da bizim zaman-zaman şikayət etdiyimiz kitabların, dərsliklərin ağır olması məsələsi gündəmdən çıxmış olacaq”.

 

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov orta məktəblərdə istifadə olunan dərsliklərin ağır olması səbəbindən iki nüsxə çap olunmasını təklif edib. Ekspert bildirib ki, dərsliyin biri evdə, ikincisi məktəbdə qalsın və belə olarsa, şagirdlər ağır yük daşımazlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI