20 Yanvar şəhidlərinin anım günündə yaşanan qürur

17:15 19-01-2024 | icon 284 | Siyasət
20 Yanvar şəhidlərinin anım günündə yaşanan qürur

Məlahət Həsənova: “Onların sayəsində bu gün Azərbaycan xalqı qürurludur”

 

Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olan 20 Yanvar faciəsindən 34 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğında ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsi bu gün də ehtiramla yad edilir. 20 yanvar faciəsinin üzərindən illər keçdikcə bu hadisənin xarakterini, əhəmiyyətini daha da aydınlanır və xalqın gücünü, mahiyyətini bir daha ortaya qoyur.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Milli Məclisin deputatı Məlahət Həsənova qanlı yanvar tarixinə tamamilə fərqli prizmada - zəfər çalmış xalqın ruhu ilə yanaşıb.

 

Deputat Azərbaycan dövlətinin, xalqın öz məqsədinə çatmaq üçün keçdiyi yola nəzər salıb:

 

“Bir neçə gündən sonra 20 yanvar faciəsi qurbanlarının anım günü qeyd olunacaq. 20 yanvar anım günü təkcə Azərbaycanda deyil, ölkə sərhədlərindən kənarda da həmvətənlilərimiz tərəfindən kədər və qürur hissi ilə qeyd olunur. 20 yanvar matəm günü, əslində qəhrəmanlıq tariximizin ən şanlı səhifələrindən biridir. Bu, Azərbaycan xalqının öz azadlığı, hürriyyəti, istiqlalı və istiqbalı uğrunda dirənişi idi. Bu böyük bir xalq hərəkatı idi”.

 

M.Həsənova “qara yanvar” adlandırdığımız həmin hadisə ilə bağlı tarixi yola nəzər salıb:

 

“20 yanvar hadisəsi gözlənilmədən baş vermədi. Bu, hələ 1987-ci ildən mənfur qonşumuz olan Ermənistanın Azərbaycana qarşı qaldırdığı torpaq iddiasına, ölkəmizə qarşı aparılan imperialist siyasətə etiraz olaraq ayağa qalxan millətin istiqlal əzminin qırılmasına yönələn sovet imperialist siyasətinin ölkəmizin, xalqın azadlığını buxovlama planlarının tərkib hissəsi idi. Mənfur Ermənistanın Topxana meşəsində ekologiyaya qarşı törətdiyi cinayət, bir tərəfdən 1987-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox bacı-qardaşımızın ən ağır şəraitdə, qışın o şaxtalı günlərində deportasiya olunması, paralel Qarabağda erməni separatçılarının baş qaldıraraq torpaqları işğal etməsi ölkəni ağır vəziyyətə gətirmişdi. Xalq meydanlara çıxaraq sovet siyasətinə etiraz edirdi. Ona görə də sovet rejimi xalqı susdurmaq üçün havadan, sudan, qurudan öz qanlı ordusu ilə Azərbaycana daxil oldu. Bakıda və digər rayonlarda böyük bir qırğın törədildi. O zaman Azərbaycan xalqı dənizdə bir fırtına idi. Sovet rejiminə etiraz edən 100 minlərlə Azərbaycan insanı - uşaqlı, böyüklü, qocalı-cavanlı hamı qorxu bilmədən əli silahlı zalım sovet ordusunun qarşısına çıxdı. Bir neçə gün komendant saatı elan olundu, hakimiyyətin bütün qanadlarına, dövlət televiziyasına əl qoyuldu. Amma Azərbaycan xalqı əyilmədi, qürurunu əzdirmədi. Bu hadisədən sonra SSRİ dağılmağa başladı. Bəzi resbuplikalar SSRİdən çıxmaqla bağlı rəsmi bəyanatlar vermişdilər. Çox təəssüf ki, o dövrdə Azərbaycanın güclü rəhbərləri yox idi, hakimiyyətdə təsadüfi insanlar idi. Ölkə daxilində ciddi xaos yaranmışdı. Bir neçə il ərzində 5 dəfə hökumət dəyişmişdi. Bu, elə bir dövr idi ki, həmin vaxtlar ulu öndər də Moskvada vəzifəsindən çıxarılmış, hər şeydən təcrid edilmişdi. Azərbaycan xalqı tam sahibsiz idi. Üstəlik Qarbaçovun Azərbaycanda olan -Ayaz Mütəllibov, Vəzirov, Xalq Hərəkatında olan təsadüfi antimilli qüvvələri Heydər Əliyevin Azərbaycana gəlməməsi üçün çabalayırdılar. Lakin Allahın, taleyin hökmü ilə ulu öndərin ölkəmizə qayıdışı baş tutdu”.

 

Deputat qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığını önə çəkib. O, tarixi faktlara istinad edərək, faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirməsi, 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən yol verilmiş kobud siyasi səhv olduğunu bəyan etdiyini xatırladıb:

 

“Ulu öndər baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş siyasi əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı. Həmin o “polidbiro”nun Azərbaycandakı alətləri, maşaları olan Azərbaycan Mərkəzi Komitəsində işləyən Vəzirov kimi satqınlar ulu öndərin Bakıda qalmasına imkan vermədi. Ulu öndər məcbur olub Naxçvana üz tutdu. Naxçıvan əhalisi ulu öndəri bağrına basdı. Ulu öndər Naxçıvanda Azərbaycanın istiqlalı, istiqbalı üçün hərəkata başladı və onun xalqa rəhbərliyi bu gün Azərbaycanı qalib xalq, qalib dövlət zirvəsinə gətirib çıxardı. Heydər Əliyevin qayıdışı Azərbaycanın dönüş nöqtəsi, taleyində yeni bir mərhələnin başlanğıcı oldu. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul olunmuş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar ulu öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı”.

 

M.Həsənova bu gün ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğunu deyib:

 

“Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edərək bölgədə yeni reallıq yaratdı. Biz 44 günlük müharibə bitdikdən sonra 20 yanvar və onların simasında ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçən bütün Şəhidləri qürurla ziyarət edirik. Artıq Şəhidlərimizin ruhu qarşısında xəcalət çəkmirik. İnanıram ki, bu gün ruhları şaddır. Çünki qanları yerdə qalmadı. Allah bütün şəhidlərimizə, ümumən Azərbaycanlı müsəlman kimliyinə görə şəhid olmuş bütün bacı qardaşlarımıza rəhmət eləsin. Allah Heydər Əliyevə rəhmət eləsin. Onların sayəsində bu gün Azərbaycan xalqı qürurludur. Dövlət suverenliyi, ərazi bütövlüyü bərpa olunub. Ölkəmiz, xalqımız yeni mərhələyə qədəm qoyur. İnanıram ki, qarşıdakı mərhələ daha firavan olacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK