Milli Məclisin komitə iclasında şagird intiharlarından NARAHATLIQ

14:15 22-01-2024 | icon 180 | Siyasət
Milli Məclisin komitə iclasında şagird intiharlarından NARAHATLIQ

“Biz parlamentin Səhiyyə komitəsi ilə birlikdə bir dinləmə keçirək”.

 

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Kamilə Əliyeva deyib.

 

Deputat bildirib ki, bu gün cəmiyyəti ən çox narahat edən məsələlərdən biri orta məktəblərdə şagirdlərin ölüm sayının artmasıdır:

 

“Bu məsələ çox narahatedicidir. Psixoloqların üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməməsi, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun düzgün tətbiq edilməməsi kimi məqamlar var. Yəni müxtəlif səbəblərdən orta məktəblərdə həyatını itirən uşaqların sayında artımı görürük. Ona görə bu məsələ ilə bağlı dinləmə keçirilməsini təklif edirəm”.

 

Komitə sədri Bəxtiyar Əliyev qeyd edib ki, elə təəssürat yaranmasın ki, Azərbaycanda ölüm halları ilə bağlı araşdırma aparılmır:

 

“Bu, bəzi məsuliyyətsiz sosial şəbəkə istifadəçilərinin işidir. Statistikaya baxsaq, intiharla bağlı ən aşağı statistika Azərbaycandadır. Elə təəssürat yaranmasın ki, Azərbaycanda uşaqlar arasında intihar və ölüm halları çoxdur. Biz bu məsələ ilə məşğuluq. Azərbaycanda intihar baş verən zaman dərhal hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılır. Azərbaycanda əhali sayı 7 milyon olanda intihar nə qədər idi, indi nə qədərdir? Biz bunu araşdırırıq. Mütəxəssislərin fikirlərini dinləmək, Dövlət Statistika Komitəsinin məlumatlarına baxmaq lazımdır. Elə təəssürat yaratmaqla məşğul olanlara və danışanlara tövsiyə edərdim ki, araşdırsınlar. Cinayət tərkibi varsa, cinayət təqibi həyata keçirilir, digər hallarda lazımi addımlar atılır, qabaqlayıcı tədbirlərin görülməsi üçün əsaslar yaranır. Müəyyən meyarlara baxsaq, ölkəmizdə intihar halları yüksək deyil. Amma hər bir ölüm halı bizim üçün ciddi siqnaldır. Çalışmalıyıq ki, bunun qarşısını biz alaq. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi, firavan yaşayışı üçün dövlət kifayət qədər işlər görür”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK